22 in 15:00Oxunub: 397 |

“Ukraynanın çox hissəsi Rusiyaya keçəcək” - Jirinovski

“Ukraynanın çox hissəsi Rusiyaya keçəcək” - Jirinovski
“Avropa Ukraynaya dözməkdə bezib. O, Kiyevi qulpsuz çamadan kimi atacaq”.

Bunu Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

“Biz, Liberal Demokrat Partiyası Ukraynada nə hakimiyyət çevrilişini, nə də onun ardınca keçirilən seçkiləri tanıdıq. Çünki sabiq prezident Viktor Yanukoviçin devirilməsini qanunsuz hesab edirik. Ona görə də indiki Ukrayna hakimiyyəti və onun bütün qərarları bizim üçün sadəcə qeyri-legitimdir”, – Jirinovskisi deyib.

O həmçinin xatırladıb ki, özü 1991-ci ildən başlayaraq Ukraynada “qara siyahı”da idi və indi də həmin siyahıda qalır: “Çünki ölkənin müstəqilliyinin birinci günlərindən Krımın Rusiyanın tərkibinə qayıdışı ehtiyacı haqqında danışırdım”.

Siyasətçinin sözlərinə görə, bütün Ukrayna yalnız Avropa İttifaqından dotasiyaların hesabına mövcuddur: “Amma artıq avropalılar Kiyevə dözməkdən beziblər. Avropa Kiyevi gec-tez qulpsuz çamadan kimi atacaq. Onda bu ərazinin çox hissəsi Krım nümunəsi üzrə Rusiyaya və regional qanunverici qurumlara qayıdacaq. Həmçinin, Rusiyanın Liberal Demokrat Partiyası Kiyevdə güclü fraksiyaya malik olacaq”.

Qeyd edək ki, Ukrayna Rusiyanın yeddi partiyasına qarşı sanksiya tətbiq edib. Kiyevin sanksiya tətbiq etdiyi partiyalar sırasında Vahid Rusiya Partiyası, Liberal Demokrat Partiyası, Vətən Partiyası, Rusiya Demokratik Partiyası, Aqrar Partiya, Kommunist Partiyası və Rusiya Vətənpərvərləri Partiyası yer alıb.


Sanksiyalara əsasən, bu partiyaların Ukraynadakı aktivləri dondurulub, onların hansısa maliyyə əməliyyatları həyata keçirmələri qadağan edilib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə