22 in 14:41Oxunub: 346 |

Əfqanıstanın cənubunda taliblər yol-tikinti şirkətinin 33 əməkdaşını oğurlayıb

Əfqanıstanın cənubunda taliblər yol-tikinti şirkətinin 33 əməkdaşını oğurlayıb
Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində “Taliban” hərəkatının döyüşçüləri yol-tikinti kompaniyasının 33 əməkdaşını oğurlayıb.

Hücum nəticəsində, həmçinin 4 nəfər həlak olub, 1 nəfər yaralanıb, 125 nəqliyyat vasitəsi isə məhv edilib.

İnsident iyunun 22-də gecə saatlarında yolun tikilməkdə olan hissəsində baş verib. Əsir götürülənlərin 20-si tikinti kompaniyasının təhlükəsizlik xidmətinin əməkdaşı, 13-ü isə mühəndisdir. Onların aqibəti barədə hələlik heç bir informasiya yoxdur.

Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən taliblər böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə