22 in 13:25Oxunub: 340 |

“Rusiya 2018”: Mundialın IX gününün ilk oyununa Braziliya və Kosta-Rika yığmaları çıxıblar

“Rusiya 2018”: Mundialın IX gününün ilk oyununa Braziliya və Kosta-Rika yığmaları çıxıblar
İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının IX gününün ilk görüşündə “E” qrupunda yer alan Braziliya və Kosta-Rika milliləri qarşılaşırlar.

Sankt-Peterburq stadionunda keçirilən oyunda braziliyalıların start heyətində meydançaya Alison Beyker, Tiaqo Silva, Joau Miranda, Faqner, Marselo, Kazemiro, Paulinyo, Filip Koutinyo, Vilyam, Neymar, Qabriyel Xesus çıxıblar.

Kosta-Rika millisində start heyətində isə Keylor Navas, Dcankarlo Qonsales, Coni Akosta, Oskar Duarte, Kristian Qamboa, Brayen Ovyedo, David Qusman, Selso Borxes, Brayan Ruis, Xoan Veneqas, Markos Urenya yer alıblar.

Görüşü hollandiyalı referi Kupers Bcon idarə edəcək.

Qeyd edək ki, Braziliya ilk turda İsveçrə yığması ilə heç-heçə (1:1) edib. Kosta-Rika isə Serbiya yığmasına minimal hesabla məğlub olub (1:0). Braziliya millisi dünya çempionatının səkkizdəbir final mərhələsinə çıxmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır.


Bu oyun komandalar arasında üçüncü matç olacaq. Braziliya yığması Kosta-Rikanı 1990-cı ildə 1:0, 2002-ci ildə isə 5:2 hesabı ilə məğlubiyyətə uğradıb.


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1371
XƏBƏR LENTİ

Reklam
Məzənnə