22 in 13:23Oxunub: 354 |

Türkiyədə 77 nəfər saxlanıldı – Aralarında azərbaycanlılar da var

Türkiyədə 77 nəfər saxlanıldı – Aralarında azərbaycanlılar da var
Azərbaycanlıların da olduğu 77 nəfər xarici ölkə vətəndaşı qeyri-qanuni yolla Türkiyəni tərk etmək istəyərkən saxlanılıb.

Türkiyənin Ədirnə vilayətindən qeyri-qanuni yolla xarici ölkəyə qaçmaq istəyən qaçaq və mühacirlər saxlanılıb.

Türkiyənin İl Jandarma Komandirliyi qrupları və Mexanik Piyada Briqada Komandirliyinin əməkdaşları tərəfindən vilayətin Keşan və Meriç rayonlarında daxil olan məlumat əsasında yoxlama həyata keçirib.

Yoxlamalar Suriya, İraq, Azərbaycan, Əfqanıstan, Fələstin, Tunis, Mərakeş və Əlcəzair əsilli 77 qaçaq və mühacir həyatı sürən şəxslər tutulub. Onların hər biri qeyri-qanuni yollarla Türkiyəyə gəliblər. Ordan da qeyri-qanuni yollarla Avropaya getmək istəyiblər.

Saxlanılan şəxslər Ədirnə Miqrasiya İdarəsinə təhvil verilib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə