21 in 14:50Oxunub: 260 |

Naxçıvanda ümumi daxili məhsulun istehsalı bir milyard manata yaxın olub

Naxçıvanda ümumi daxili məhsulun istehsalı bir milyard manata yaxın olub
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə Naxçıvanda cari ilin yanvar-may aylarında ümumi daxili məhsulun istehsalı 959 milyon 713 min manata yaxın olub ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.

Bu dövr ərzində hər bir nəfərə düşən ümumi daxili məhsulun istehsalı isə 2,6 faiz artaraq 2117 manata çatıb.

Muxtar respublikada iri sənaye müəssisələrinin yaradılması, yeni məhsul növlərinin istehsalı sənayeləşmə prosesini daha da sürətləndirib. Belə ki, bu ilin ötən dövründə 431 milyon 456 min manat dəyərində sənaye məhsulu istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövründəki göstəricini 1,6 faiz üstələyib. Ümumi daxili məhsulun sahə strukturunda sənayenin 30,8 faizlik payla ilk sırada yer alması bu sahənin üstün inkişafını göstərən mühüm göstəricilərdən biridir.

İstehsal olunan sənaye məhsulunun 95,5 faizi, yəni 412 milyon 211 manata yaxın hissəsi özəl sektorun payına düşüb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə