21 in 14:36Oxunub: 295 |

Türkiyədən ABŞ-a cavab: 1,8 milyard dollarlıq məhsula gömrük rüsumu tətbiq edildi

Türkiyədən ABŞ-a cavab: 1,8 milyard dollarlıq məhsula gömrük rüsumu tətbiq edildi
Ankara Ağ Evin polad və alüminiuma tətbiq etdiyi gömrük rüsumuna cavab olaraq, ABŞ-dan Türkiyəyə idxal edilən iyirmiyədək məhsula gömrük rüsumu tətbiq edib.

“Associated Press” xəbər verir ki, Ankara Amerikadan ölkəyə idxal edilən avtomobildən tutmuş, günəş əleyhinə kemlərədək olan məhsullara gömrük rüsumu tətbiq edib.

Gömrük rüsumu kömür, kağız, mindal, fındıq tütün, düyü, viski, avtomobil, kosmetika, bəzi avadanlıqlara və neft-kimya məhsullarına və sair şamil edilib.

Ankara tərəfdən gömrük rüsumunun tətbiqini nəzərdə tutuan müvafiq sənəd Dünya Ticarət Təşkilatına təqdim edilib. Türkiyə gömrük rüsumlarından ildə polad və alüminiuma tətbiq etydiyi gömrük rüsumunun ekvivalenti miqdarında, yəni 267 milyon dollar gəlir əldə etmək istəyir.

Agentliyin verdiyi məlumata görə, Türkiyə ildə ABŞ-dan 1,8 milyard dollar həcmində məhsul idxal edir. Türkiyə isə ABŞ-a ildə 1,1 milyard dollar həcmində polad və alüminium ixrac edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp cari ilin martında ölkəyə idxal edilən polada 25 faiz, alüminiuma isə 10 faiz həcmində əlavə gömrük rüsumu tətbiq edilməsi barədə sənəd imzalayıb.

Vaşinqtonun bu addımına cavab olaraq Avropa ittifaqı ölkələri də iyunun 22-dn etibarən ABŞ-dan Aİ ölkələrinə ixrac edilən bütün Amerika məhsullarına 25 faiz həcmində rüsum tətbiq edib.


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə