21 in 14:24Oxunub: 257 |

Rus futbolçular milyonlar qazandılar

Rus futbolçular milyonlar qazandılar
Rusiya milli komandası dünya çempionatındakı ilk 2 görüşündən sonra 20 milyon dollar mükafata yiyələnib.

Emtv.az apasport.az-a istinadən xəbər verir ki, mükafatın 8 milyon dolları açılış oyununda Səudiyyə Ərəbistanı yığması üzərində 5:0 hesablı qələbə ilə əlaqədar olub. Bunun 6 milyon dolları futbolçulara, 2 milyon dolları məşqçi və texniki işçilərə ödənilib.

Misiri 3:1 hesabı ilə yenərək, 1/8 finala vəsiqə qazanması qarşılığında isə Rusiya yığmasına bu həftə 12 milyon dollar veriləcək. Bunun 9 milyon dolları oyunçulara, 3 milyon dolları məşqçi və texniki heyətə çatacaq.


Uruqvayla son tur qarşılaşması üçün isə mükafat nəzərdə tutulmayıb. Rusiya 1/4 finala yüksəlsə, daha 15 milyon dollar qazanacaq.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə