20 in 15:15Oxunub: 538 |

Yüksək vəzifəli şəxslərin adı keçən işdə daha bir nəfər həbs edilib - digəri axtarışdadır

Yüksək vəzifəli şəxslərin adı keçən işdə daha bir nəfər həbs edilib - digəri axtarışdadır
Həbsdə olan polkovnikin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Emtv.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə bu cinayət işi üzrə istintaqı aparan müstəntiqə sorğu göndərilib. Həmin sorğuda təqsirləndirilən Sahib Şükürovun cinayət işində adı keçən digər şəxslərlə telefon danışıqlarının məhkəməyə təqdim edilməsi qeyd olunur. Çünki istintaq zamanı həmin danışıqlar müstəntiq tərəfindən əldə edilib.

Məhkəmədə həmçinin Sahib Şükürovun vəkili vəsatət verərək işdə adı keçən Əli Kərimbəylinin məhkəməyə çağırılaraq dindirilməsini istəyib.

Çünki, məhkəmədə Sahib Şükürovdan İlqar Əliyevi aldatması epizodu soruşulanda o Əli Kərimbəylinin adını çəkmişdi. Məlum olub ki, S.Şükürov İlqar Əliyevdən 49 min manat alaraq onu Nazirlər Kabinetində işə düzəldəcəyini deyib.

S.Şükürov bunu təsdiqləyir: "Vaxtı ilə mənim əsgərim olan Xəqani məndən xahiş elədi ki, İlqar Əliyevi işə düzəldək. Mən də Natiq Məmmədovdan xahiş etdim. Mənim əlaqələrim, köhnə dostlarım var idi. Natiq Məmmədov Heydər Əliyev Fondunda işləyirdi. Natiqi də yerlim Qədir Sultanov vasitəsi ilə tanımışdım. Natiqlə görüşdüm. Dedi ki, maraqlanıb deyərəm. O da məni Əli adlı bir şəxslə görüşdürdü. Prezident Administrasiyasının arxasında görüşdük. Həmin görüşə Natiq də gəldi. Əli dedi ki, iş 50 minə düzələr. Mən də İlqargildən 33 min dollar aldım. 30 min dolları Əliyə verdim".

Məhkəmə vəsatəti təmin edib. Əli Kərimbəyli növbəri məhkəmə prosesinə çağırılacaq.

Prosesdə o da məlum olub ki, bu işdə adı keçən və Sahib Şükürovun pul verdiyini dediyi Qədir Sultanov da həbs edilib. O da növbəti məhkəməyə şahid qismində gətiriləcək.

Bu işdə adı keçən Natiq Məmmədov isə hələ də axtarışdadır.

Xatırladaq ki, S.Şükürov iki epizod üzrə təqsirləndirilir. Digər epizod isə Xanımbacı İsmayılovanın aldadılması ilə bağlıdır. S.Şükürov Xanımbacı İsmayılovanın qızını həbsdən çıxaracağı adı ilə 800 minə yaxın pulunu alıb.

Sahib Şükürov bu əməlini də etiraf edir. O, bu işi də əsgəri olan Xəqanidən eşitdiyini deyib: "Məndən kömək istədilər. İş düzələcəyi halda mənə hörmət edəcəkdilər".

S.Şükürov bu işi həll etmək üçün Naxçıvan Gömrük Komitəsinin sabiq sədri 73 yaşlı Telman Əliyevlə görüşüb.

Bildirək ki, ki, Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və nəvəsi Sahib Quliyev hazırda həbsdədir. Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında həbs ediliblər.

Həcər Quliyeva iş adamının baldızıdır. İş adamı hüquq-mühafizə orqanlarına müraciət edərək Həcər Quliyeva və oğlu Sahib Quliyevin onun milyonlarla dəyəri olan əmlakını ələ keçirdiklərini bildirmişdi. Xatırladaq ki, məhkəmənin hökmü ilə Sahib Qiliyev 11 il, Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Şükürov 1958-ci ildə Səbirabad rayonunda anadan olub, Bakı şəhərində qeydiyyatdadır. S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. Onun daha əvvəl də eyni maddə ilə təqsirli bilinərək həbs edildiyi və bir neçə illik azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir. Sahib Şükürov hər iki işin həlli üçün yüksək vəzifəli şəxslərlə danışıqlar aparıldığını, bəzilərinə pul verildiyini deyir.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə