20 in 14:50Oxunub: 380 |

PKK-nın Qəndil başçısı terrorçubaşı Qarayılandan müxalifətə dəstək : “HDP-nin parlamentə düşməsinə və müxalifətin ikinci turda Ərdoğana qalib gəlməsinə çalışın”

PKK-nın Qəndil başçısı terrorçubaşı Qarayılandan müxalifətə dəstək : “HDP-nin parlamentə düşməsinə və müxalifətin ikinci turda Ərdoğana qalib gəlməsinə çalışın”
Terror təşkilatı PKK-nın Qəndildəki başçısı Murad Qarayılan kürdləri Türkiyədəki parlament və prezident seçkilərində HDP-yə səs verməyə çağırıb.

Xarici KİV xəbər verir ki, terrorçu Qarayılan kürd təşkilatlar HDP ətrafında birliyə çağıraraq, Türkiyə müxalifətinin Ərdoğana qalib gəlməsini istədiklərini deyib.

“Seçkiyə çox az bir vaxt qalıb. Bu son günlər çox əhəmiyyətlidir. Hər kəs həssas olmalı və seçki qutularına sahib çıxmalıdır.

İstərdik ki, bütün kürd partiyaları HDP ilə bir ittifaq qursun. HDP burada kilid nöqtədir. Əgər HDP parlamentə girərsə, həm Məclisdə müxalifət güclü olacaq, həm də prezident seçkilərində ikinci turda müxalifətin qazanmasını təmin edəcəkdir. Belə önəmli bir nöqtə var. HDP-nin qazanması bütün Türkiyə üçün əhəmiyyətlidir.”


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1371
XƏBƏR LENTİ

Reklam
Məzənnə