20 in 12:38Oxunub: 284 |

Putin Rusiya-Misir oyununa niyə baxmayıb?

Putin Rusiya-Misir oyununa niyə baxmayıb?
Rusiya prezidenti Vladimir Putin futbol üzrə DÇ-2018-in qrup mərhələsində Misirlə keçirilən görüşə baxa bilməyib.

Emtv.az xəbər verir ki Putin həmin vaxt təyyarədə olub. Bu barədə məlumatı prezidentin mətbuat katibi Dmitri Peskov verib:

"Putin Misirlə oyuna baxmayıb. O, həmin vaxt təyyarədə idi, Minskdən qayıdırdı. Prezident trapdan düşən kimi ona nəticə barədə məlumat verilib”.

Putin Rusiya və Belarus ittifaq dövlətlərinin Ali Dövlət Şurasının iclasında iştirak etmək üçün Belarusa səfər etmişdi.

Rusiya Misirə 3:1 hesabı ilə qalib gələrək, qrupdan çıxmaq üçün real şans əldə edib. Qrupun bu gün keçiriləcək digər oyununda Uruqvay Səudiyyə Ərəbistanına məğlub olmasa, Rusiyanın qrupdan çıxması rəsmiləşəcək.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1371
XƏBƏR LENTİ

Reklam
Məzənnə