18 in 15:45Oxunub: 529 |

Azərbaycanda İran vətəndaşının idarə etdiyi yük avtomobili qəza törədib, xəsarət alan var

Azərbaycanda İran vətəndaşının idarə etdiyi yük avtomobili qəza törədib, xəsarət alan var
Astarada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Emtv.az report.az-a istinadən bildirir ki, hadisə Ərçivan qəsəbəsi ərazisində baş verib.

İran İslam Respublikası vətəndaşına məxsus, meyvə daşıyan yük maşını aşıb. Nəticədə sürücü xəsarət alıb.

Hadisəyə nəqliyyat vasitəsində yaranan texniki nasazlıq səbəb olub.

Qəza ilə əlaqədar Ələt-Astara magistralının Ərçivan qəsəbəsi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti dayanıb. Tıxacın aradan qaldırılması üçün alternativ yollardan istifadə olunur.

Faktla bağlı araşdırma aparılır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə