14 in 15:31Oxunub: 438 |

ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrı verəcəyi günü açıqladı

ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrı verəcəyi günü açıqladı
Ankara ilə Vaşinqton arasında F-35 qırıcı-bombardmançı döyüş təyyarələri ilə bağlı mübahisələr sona çatmaqdadır. Vaşinqton Türkiyyə satacağı ilk təyyarənin vaxtını da açıqlayıb.

F-35 təyyarələrini istehsal edən Lockheed Martin firmasının rəsmi nümayəndəsu “Defence News”ə açıqlamasında deyib ki, ABŞ Konqresi F-35-lərin Türkiyəyə verilməsi barədə səslənən müxalif fikirlərə rəğmən biz bu qırıcı təyyarəni Ankaraya təslim edəcəyik və hazırda bu istiqamətdə sürətli hazırlıq işləri gedir.

“F-35 proqramı, ənənəvi olaraq ABŞ və beynəlxalq müştərilərə ilk təyyarəni tanımaq üçün keçirilir. Türkiyəyə veriləcək ilk təyyarə üçün mərasim iyunun 21-nə planlaşdırılıb. Sonra təyyarə Türk pilotların da qatılacağı F-35 təhsili üçün Luke hərbi hava bazasına gəmiylə təslim ediləcək”-
şirkətin açıqlamasında qeyd edilir.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə