14 in 15:25Oxunub: 462 |

DÇ-2018-də ilk görüş: Rusiya - Səudiyyə Ərəbistanına qarşı

DÇ-2018-də ilk görüş: Rusiya - Səudiyyə Ərəbistanına qarşı
Bu gün dördilliyin ən böyük futbol yarışı start götürəcək.

Emtv.az-ın apasport.az-a istinadən məlumatına görə, Rusiyada təşkil olunacaq DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayıb.

A qrupunda yarışacaq Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matça start veriblər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edir.

Meydan sahibi olduğu üçün seçmə mərhələdən azad olan ruslar bu müddətdə bir çox komandalarla yoldaşlıq görüşləri keçirib. Rusiya millisinin hansı gücdə olmağı məhz bu oyundan sonra bəlli olacaq.

Səudiyyə Ərəbistanı da mundiala yaxşı start vermək niyyətindədi. Bunun üçün ərəblər meydan sahiblərinin "siftə"sini korlamalı olacaqlar.


Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunda ədaləti Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası qoruyacaq.

DÇ-2018

I tur

A qrupu


19:00. Rusiya - Səudiyyə Ərəbistanı

Baş hakim: Nestor Pitana

Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)


Dördüncü hakim: Sandru Riççi (Braziliya)


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə