SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“ABŞ-la KXDR arasındakı danışıqlar hərbi münaqişə ehtimalını aradan qaldırıb” - Putin

14-06-2018, 14:53 | Oxunub: 1556 |

“ABŞ-la KXDR arasındakı danışıqlar hərbi münaqişə ehtimalını aradan qaldırıb” - Putin
“ABŞ və Şimali Koreya liderlərinin görüşü Koreya yarımadasında hərbi münaqişə ehtimalını aradan qaldırıb”.

Bunu Rusiya prezidenti Vladimir Putin KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Nam ilə görüşdə deyib.

O, ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen Inın yeni münasibətlərindən məmnun olduğunu bildirib. V.Putin qeyd edib ki, bu görüş Koreya yarımadasında gərginliyi azaltmağa və vəziyyətin tam ölçüdə həlli üçün zəmin yaratmağa imkan verir.

Eyni zamanda V.Putin KXDR lideri Kim Çen Inı Rusiyaya səfərə dəvət etdiyini təsdiqləyib. Rusiya dövlət başçısının sözlərinə görə, səfər ayrıca bir görüşlə, eyni zamanda sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu ilə də bağlı ola bilər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR