SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Sabahdan beş günlük tətil başlayır

14-06-2018, 13:56 | Oxunub: 1478 |

Sabahdan beş günlük tətil başlayır
Sabah, iyunun 15-dən Ramazan bayramı və Milli Qurtuluş günü münasibətilə Azərbaycanda tətil başlayır.

Emtv.az xəbər verir ki, iyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür.

Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq.

Beləliklə, ölkədə ardıcıl – iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR