SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimləri davam edəcək" - Vitse prezident

13-06-2018, 15:51 | Oxunub: 1312 |

"ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimləri davam edəcək" - Vitse prezident
ABŞ-ın vitse-prezidenti Mayk Pens Donald Trampın ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimləri dayandırılması ilə bağlı bəyanatı fonunda manevrlərin keçiriləcəyini bildirib.

“Politico” qəzeti yazır ki, bunu senator Kori Qardner deyib.

Məqalədə qeyd olunur ki, Trampın bəyanatı respublikaçılar partiyasında anlaşmazlığa səbəb olub və Pens partiya üzvlərini “sakitləşdirməyə” çalışıb. Vitse-prezidentin sözlərinə görə, “administrasiya prezidentin nədən danışdığını aydınlaşdırmağa çalışacaq” və “Cənubi Koreya ilə təlimlər davam edəcək”.

Lakin Pensin kommunikasiyalar üzrə direktoru Carrod Eyqen özünün “Tvitter” səhifəsində “vitse-prezidentin Cənubi Koreya ilə təlimlərin davam edəcəyi ilə bağlı bir söz demədiyini” yazıb.

Bir qədər əvvəl Prezident Donald Tramp bəyan etmişdi ki, KXDR-lə danışıqlar doğru istiqamətdə davam edənə qədər ABŞ Cənubi Koreya ilə təlimləri dayandıracaq.

Pentaqonun nümayəndəsi isə öz növbəsində ABŞ hərbçilərinin Cənubi Koreyada təlimləri dayandırmaq barədə hələlik heç bir göstəriş almadığını bildirib. Həmçinin Cənubi Koreyanın Müdafiə Nazirliyinin məlumatına görə, müştərək təlimlərin dayandırılması ilə bağlı Amerika tərəfi ilə heç bir müzakirə aparılmayıb və hazırda qurum “ABŞ Prezidenti Donald Trampın manevrləri dayandırmaq barədə danışarkən nəyi nəzərdə tutduğunu diplomatik kanallar vasitəsilə aydınlaşdırmağa çalışır”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR