SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Ordu 90 gün ərzində Qəndilə Türkiyə bayrağını sancacaq” – General açıqladı

13-06-2018, 15:43 | Oxunub: 1182 |

“Ordu 90 gün ərzində Qəndilə Türkiyə bayrağını sancacaq” – General açıqladı
“Qəndildə terror mərkəzinin məhv edilməsi istiqamətində həyata keçirilən əməliyyatlar psixoloji cəhətdən mühüm əhəmiyyət kəsb edir. Ordu 90 gün ərzində Türk bayrağını Qəndilə taxmaqla, “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatının ardından Qəndil zəfəri PKK probleminin həllinə ciddi təsir göstərəcək”.

Bunu Türkiyə ordusunun generalı olmuş İsmail Hakkı Pekin “Yeni Şafak” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kato dağından başlanan əməliyyat İran, İraq, Türkiyə və Suriyadakı PKK terrorçularını ciddi təşvişəsalıb
.

“Türkiyə öz təhlükəsizliyini təmin etməklə yanaşı, bölgə xalqının yeni terror təhdidlərdən qorumaq üçün mövcud təhlükəsizlik sərhəd xəritəsini dəyişməlidir. Ona görə də İraqın içərisinədə 80 kilometrlik əhlükəsizlik bölgəsi yaradılmalıdır. Hazırda bunun üçün yaxşı bir imkan yaranıb və Türkiyə bu fürsətdən yararlanmalıdır”
- deyə, general bildirib.

İsmail Hakkı Pekin onu da əlavə edib ki, PKK-nın mərkəzinin vurulması məsələsində diplomatik cəhətdən Ankara çox uğurlu bir siyasət yürüdür: “Türkiyə bölgənin aktyorları olan Bərzanı, Təlabani, İraq hökuməti, İran və ABŞ-la bu məsələdə işbirliyindədir. Bu diplomatik səylər bir az da artırlmalıdır”.

Əməliyyatlara gəldikdə isə İsmayıl Hakkı deyib ki, bir neçə min əsgərlə terrorçular bölgədən təmizlənəcək. Ordu əsasən terrorçuların hərəkət xəttinə nəzarət edəcək. PUA, döyüş təyyarələri və helikopterlər isə havadan dəstək verəcək.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR