17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Səudiyyə Ərəbistanı İran dəstəkli husilərə qarşı indiyədək görünməmiş, ən şiddətli hücum başlatdı
Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya qüvvələri İran dəstəkli husilərə qarşı indiyə qədərki ən ağır və şiddətli hücuma keçib.
Bu barədə “Reuters” agentliyi son dəqiqə xəbəri olaraq məlumat yayıb. Agentlik İran dəstəkli husilərə qarşı başladılan hücumu “indiyə qədərki ən ağır hücum” kimi səciyyələndirib.
Məlumata görə, koalisiya qüvvələri hazırda Yəmənin ən böyük liman şəhəri olan Hodeydanı bombalayır. Bu şəhərdən cənubda yerləşən Yəmən ordusu isə husilərə qarşı hücuma keçib. Səudiyyə rəhbərliyindəki koalisiya qüvvələri husiləri təyyarələrlə yanaşı, döyüş gəmiləri ilə də bombalayır.
Qeyd edək ki, Hodeyda limanı Yəmənin ən kritik əhəmiyyətli nöqtəsi sayılır. İran dəstəkli husilər bu liman şəhərini ələ keçirdikdən sonra, ölkədə ərzaq qıtlığı yaşanırdı.
Emtv.az