SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

ABŞ-KXDR sammiti: təhlükəsizlik zəmanətinin əvəzinə nüvəsizləşdirmə öhdəliyi

12-06-2018, 16:06 | Oxunub: 906 |

ABŞ-KXDR sammiti: təhlükəsizlik zəmanətinin əvəzinə nüvəsizləşdirmə öhdəliyi
ABŞ tərəfdən təhlükəsizlik zəmanətinin əvəzinə KXDR üzərinə Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə öhdəlik götürür.

TASS informasiya agentliyi xəbər verir ki, bu müddəa Sinqapurda baş tutan samitin nəticələrinə əsasən, KXDR lideri Kim Çen Inın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı sənəddə əksini tapıb.

Vaşinqton Administrasiyası rəhbəri sənədi jurnalistlərə göstərib. Onlar da sənədin şəklini çəkməyə müvəffəq olublar. Tramp “KXDR-ə təhlükəsizlik zəmanətinin verilməsi öhdəliyini öz üzərinə götürür. KXDR sədri Kim Çen In isə öz növbəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində sarsılmaz mövqeyini təsdiqləyir”, - deyə sənəddə qeyd olunub.

Həmçinin sənəddə iki ölkənin üzərlərinə yeni formatda ikitərəfli münasibətlər qurmaq öhdəliyi də götürdükləri deyilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR