SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

15 rayonda kənd və qəsəbə adları dəyişdirildi - YENİ ADLAR

12-06-2018, 16:01 | Oxunub: 12 049 |

15 rayonda kənd və qəsəbə adları dəyişdirildi - YENİ ADLAR
Milli Məclisinin bu gün keçirilən növbədənkənar plenar iclasında Azərbaycanın 15 rayonunda bəzi inzibati ərazi vahidlərinin və kəndlərin adının dəyişdirilməsini nəzərdə tutan layihə müzakirə olunub.

Emtv.az report-a istinadən xəbər verir ki, dəyişiklik layihəsi barədə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.

O bildirib ki, Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarında bəzi inzibati ərazi vahidlərinin və kəndlərin adları dəyişdiriləcək.

Layihəyə əsasən, Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi (ərazi vahidi də belə adlanacaq), Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışkovka kəndi Qamışoba kəndi, Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi (ərazi vahidi də belə adlanacaq), Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi (ərazi vahidi də belə adlanacaq), Göygöl rayonunun Göygöl kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi, Yeni Zavod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixayılovla kəndi Bənövşəli kəndi, Xaçmaz rayonunun Alekseyevka inzibati ərazi dairəsi tərkibindəki Çaykənarı kəndi (ərazi vahidi də belə adlanacaq), Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi, Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çıstı Klyuç kəndi Safbulaq kəndi, Şurabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qazax rayonunun Çaylı kəndi inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi, Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndi Çaydüzü kəndi, Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi (ərazi vahidi də belə adlanacaq), Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi (ərazi vahidi də belə adlanacaq), Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astarxanovka kəndi Çaldaş kəndi, Vladimirovka kəndi Çayqovuşan kəndi, Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi (ərazi vahidi də belə adlanacaq), Qarayevkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qarayevkənd kəndi Orta Muğan kəndi (ərazi vahidi də belə adlanacaq), Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksenburq kəndi Köbər kəndi, Lək kəndi inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi, Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati ərazi dairəsi tərkibindəki Qasım İsmayılov kəndi Ağlavaşlı kəndi (ərazi vahidi də belə adlanacaq), Muxtariyyat kənd inzibati ərazi dairəsi tərkibindəki Muxtariyyat kəndi Qədimqala kəndi (ərazi vahidi də belə adlanacaq), Yevlax rayonunun Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndi Yeni Çobankərə kəndi adlandırılması təklif edilir.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul olunub.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR