12 in 15:40Oxunub: 337 |

Orta məktəblərə qəbul zamanı ərazi prinsipi nəzərə alınacaq

Orta məktəblərə qəbul zamanı ərazi prinsipi nəzərə alınacaq
Azərbaycanda ümumi təhsil müəssisələrinə ilk növbədə həmin təhsil müəssisələrinin yerləşdiyi ərazidə yaşayan uşaqlar qəbul olunacaq.

Emtv.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə təklif edilən əlavəyə əsasən, ilk növbədə ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə qəbul olunacaqlar.

Umumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1222
XƏBƏR LENTİ

Reklam
Məzənnə