12 in 14:48Oxunub: 299 |

Naxçıvanda gömrük orqanlarına imtahan keçirilib - qəbulun nəticələri

Naxçıvanda gömrük orqanlarına imtahan keçirilib - qəbulun nəticələri
Muxtar respublika gömrük orqanlarında vakant vəzifələrin tutulması üçün 25 yanvar 2018-ci il tarixdə elan olunmuş müsabiqəyə yekun vurulub.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru Rahil Tahirliazərtac-a bildirib ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Ali Məclis Sədrinin 18 noyabr 2010-cu il tarixli 250-03/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası” əsasında təşkil edilən müsabiqə iki mərhələdən – test imtahanından və müsahibədən ibarət olub. 115 namizədin iştirakı ilə mart ayının 29 və 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində təşkil olunan imtahanda keçid balını toplayanlar müsabiqənin müsahibə mərhələsinə buraxılıb.

Test imtahanından müvəffəqiyyət qazanan namizədlərin gömrük orqanlarında işləmək üçün tələb olunan keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə keçirilən müsahibədə əvvəlcə namizədlərin xarici dil və kompüter bilikləri, o cümlədən fiziki hazırlıq səviyyəsi yoxlanılaraq qiymətləndirilib. Fərdi qaydada aparılan söhbətlərdə isə namizədlərin Konstitusiyaya, ölkə Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikasının qanunvericiliyinə dair biliyinin, gömrük işi və iqtisadi siyasətlə bağlı normativ-hüquqi aktların tətbiq edilməsi sahəsində bilik və bacarığının, həmçinin, işgüzarlıq səviyyəsinin, mənəvi keyfiyyətlərinin, xidmətə, xidməti intizama, etik davranış və məsuliyyət prinsiplərinə münasibətlərinin müəyyən edilməsi üçün müvafiq suallar verilib.

Test imtahanından və müsahibədən müvəffəqiyyətlə çıxmış 26 namizəd müsabiqədən keçmiş hesab edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri ilə 22 namizəd gömrük orqanlarındakı vakant yerlərə işə qəbul olunub, 4 namizəd isə kadr ehtiyatına alınıb.

İşə qəbul olunmuş gənc əməkdaşlara 6 ay sınaq müddəti müəyyən edilib və hamilər təyin olunub. Onlara Dövlət Gömrük Komitəsinin informasiya sistemində elektron imzadan istifadə etmək üçün elektron imza kartları verilib.

Muxtar respublika gömrük orqanlarına yeni işə qəbul olunmuş əməkdaşlar, həmçinin, peşə hazırlığı məşğələlərinə cəlb olunub. Məşğələlərin tədris proqramında gömrük əməkdaşlarının iş vaxtı və işdən kənar etik davranış qaydaları və gömrük orqanlarında məlumat təhlükəsizliyinin təmin edilməsi, gömrük xidmətinin korporativ şəbəkəsindən və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemindən (VAİS) istifadə, gömrük bəyannamələrinin rəsmiləşdirilməsi qaydalarının tədrisi və gömrük orqanlarında tətbiq olunan proqram təminatlarından istifadə ilə bağlı praktik seminarın təşkili nəzərdə tutulub.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1222
XƏBƏR LENTİ

Reklam
Məzənnə