11 in 15:15Oxunub: 259 |

Nazirliyin binası qarşısında partlayış olub, 5 nəfər ölüb, 20 nəfər yaralanıb

Nazirliyin binası qarşısında partlayış olub, 5 nəfər ölüb, 20 nəfər yaralanıb
Əfqanıstan paytaxtı Kabulda Şəhərsalma və İnkişaf Nazirliyinin binasının girişində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə iyunun 11-də günorta saatlarında baş verib.

Məlumata görə, intiharçı-kamikadze Kabulun Darulaman rayonunda özünü partladıb.

Partlayış zamanı naziriyin əməkdaşları binanı tərk edirmiş.

Hadisənin məsuliyyətini hələ ki heç bir terrorçu təşkilat üzərinə götürməyib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə