SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İcra başçısı iş adamını niyə özünə köməkçi təyin etdi?

11-06-2018, 14:38 | Oxunub: 10 822 |

İcra başçısı iş adamını niyə özünə köməkçi təyin etdi?
“Beyləqan icra başçısının köməkçisi kimdir: Bir müəmmanın izi ilə…” başlıqlı yazımızda bildirmişdik ki, icra hakimiyyətinin rəsmi internet saytında başçının köməkçisi kimi Məmmədov Tofiq Canbaxış oğlu göstərilib.

Amma bu işin real icraçısı başqa bir şəxsdir. Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Beyləqandan daxil olan məlumata görə rayon icra başçısı Vaqif Abdullayev “Veteks” MMC – nin sahibi Vüqar Aslanovu özünə köməkçi təyin edib. Ağcabədi rayonundan olan iş adamı Vüqar Aslanov Beyləqan rayonunda icra hakimiyyətinin təmir- tikinti işləri ilə məşğul olurdu. Son 3 ildə rayonda icra hakimiyyətinin xətti ilə həyata keçirilən bütün təmir işlərini iş adamının şirkəti həyata keçirib.

Rayon icra hakimiyyətindəki mənbənin verdiyi məlumatda bildirilir ki, Vaqif Abdullayev iclaslarada idarə və müəsissə rəhbərlərinə hər hansı bir sözləri olarsa köməkçisi Vüqar Aslanova müraciət etmələri tapşırığını verib. Bildirək ki, bir müddət öncə ölkə mediasında “Veteks” MMC -nin sahibi Vüqar Aslanovla icra başçısı Vaqif Abdullayev arasında narazılığın yaranması barədə məlumat yayılmışdı. Həmin məlumatda vurğulanırdı ki, Vaqif Abdullayev Vüqar Aslanovu Beyləqan Suvarma Sistemləri İdarəsinin müdiri təyin etmək üçün ondan 120 min manat pul alıb. Sövdələşməyə görə Vüqar Aslanov idarə müdiri təyin edildikdən sonra icra başçısına əlavə 30 min manatda verməliymiş. Ancaq Meliorasiya və Su Təsərrüaftı ASC rəhbəri Vüqar Aslanovu Beyləqan Suvarma Sistemləri İdarəsinə müdir təyin etməkdən imtina edib. ASC rəhbərliyi təyinatın baş tutmamasının səbəbini isə Vüqar Aslanovun melorasiya sistemində işləməməsi ilə əlaqələndirib. Məlumatda qeyd edilirdi ki, idarə müdiri olmaq arzusu ürəyində qalan iş adamı icra başçısı Vaqif Abdullayevdən 120 manatını tələb etməyə başlayıb. Lakin icra başçısı ona başqa bir vəzifə verəcəyi vədini verərək aldığı pulu qaytarmaqdan imtina edib. İndi isə Vüqar Aslanovu özün köməkçi təyin edən Vaqif Abdullayev verdiyi sözün üstündə durub. İcra başçısı 120 min manatın əvəzinə iş adamına köməkçi vəzifəsi verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR