SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Tramp verdiyi sözü yerinə yetirmədi”

9-06-2018, 14:00 | Oxunub: 4 686 |

“Tramp verdiyi sözü yerinə yetirmədi”
Rossiya" telekanalının "Vesti v subbotu" (Şənbə xəbərləri) verilişinin qonağı olmuş Rusiya prezidenti Vladimir Putin aparıcının daxili və xarici siyasətə aid bir sıra suallarına cavab verib.

Emtv.az trend-ə istinadən xəbər verir ki, bu gün axşam efirə gedəcək müsahibədə aparıcı Vladimir Putinə Trampla gələcək görüşü barədə sualla müraciət edib. Xatırladaq ki, "The Wall Street Journal" qəzeti ABŞ tərəfinin belə bir görüşə hazırlaşdığını bildirib.

"Bu, lap əvvəldən müzakirə edilirdi. Trampın Amerika prezidenti seçildiyi vaxtdan. Biz də öz növbəmizdə cavab verirdik ki, bu cür şəxsi görüşlər nəinki mümkündür, həm də lazımdır. Biz ABŞ prezidenti ilə müxtəlif tədbirlərdə görüşmüşük. Əlbəttə, belə görüşlərdə ikitərəfli münasibətlərə toxunmaq asan olmur. Ümumilikdə, belə görüşün keçirilməsini faydalı hesab edirəm. Söhbət yalnız ondan gedir ki, Birləşmiş Ştatlarda daxili siyasi vəziyyət belə görüşün keçirilməsinə imkan yaratsın", - Putin deyib.

Mümkün görüşdə əldə olunacaq razılıqların həyata keçirilməsinin nə dərəcədə real olub-olmaması məsələsinə aydınlıq gətirən Rusiya prezidenti deyib: "Trampla ünsiyyət təcrübəmə əsaslanaraq deyə bilərəm ki, xüsusilə son dövrlərdə beynəlxalq miqyasda və iqtisadiyyat sahəsində atdığı addımlar çox tənqid olunsa da, Tramp düşünən insandır, o dinləməyi və həmsöhbətinin irəli sürdüyü arqumentlərə reaksiya verməyi bacarır. Bunlar mənə belə deməyə imkan verir ki, dialoq konstruktiv ola bilər".

"Almaniya və Fransa dövlət başçıları ilə çox mehriban görüşlərdən təxminən iki həftə sonra Tramp Avropa ölkələrinə qarşı çox kəskin iqtisadi addımlar atdı. Amerikalıların buna bənzər "isti" münasibətindən sonra Trampın sizə qarşı hər hansı şərt irəli sürəcəyindən qorxmursunuz ki? Yoxsa belə variant sizinlə keçməz?" sualına Putin cavab verib: "İş burasındadır ki, belə variantlar heç kimlə keçmir. Dövlət başçıları arasında münasibətlər sivil olmalıdır. Lakin bu o demək deyil ki. hər hansı dövlət başçısı öz ölkəsinin maraqlarına cavab verən qərarları qəbul etməməlidir. ABŞ-da verilən qərarlara müxtəlif cür münasibət bəsləmək olar, tənqid etmək olar. Doğrudan da, orada bir çox şeylər tənqid edilməlidir. Lakin dediyim şərtlər var. Tramp seçki kampaniyası dövründə verdiyi vədləri yerinə yetirir".

"Bircə istisna ilə: Rusiya-Amerika münasibətlərini yaxşılaşdırmağa da söz vermişdi", - aparıcının bu replikasına Putin belə reaksiya verib: "Bəli, bircə vəd - Rusiya ilə münasibəıtlərin yaxşılaşdırılması. Ümidvaram ki, bu da olacaq. Hər halda, biz buna hazırıq. Hesab edirəm ki. top meydançanın Amerikaya aid tərəfindədir".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR