SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Məbləğ artırıldı - Nazirlər Kabinetindən QƏRAR

9-06-2018, 10:10 | Oxunub: 10 082 |

Məbləğ artırıldı - Nazirlər Kabinetindən QƏRAR
Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"nin cədvəli yeni redaksiyada təsdiq edib.

Emtv.az-ın məlumatına görə, qərara əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,35 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,55 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,75 manat ödəniləcək.


İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 4,85 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,20 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,50 manat ödənilib.
Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,10 manat ödəniləcək. İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,75 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,80 manat ödənilib.


Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 7,65 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 5,35 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,55 manat ödəniləcək. İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,95 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,85 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,20 manat ödənilib.


Qərara əsasən əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,10 manat məbləğində müəyyənləşdirilir. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 4,05 manat, çılpaq naturada isə 6,70 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR