SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ötən 5 ayda muxtar respublikada 37 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

8-06-2018, 14:48 | Oxunub: 8 391 |

Ötən 5 ayda muxtar respublikada 37 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb
Bu ilin 5 ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 37 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən azərtac-ın Naxçıvan bürosuna bildirilib ki, həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 3 vergiödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.

Operativ vergi nəzarəti tədbirləri zamanı 14 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 vergiödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı, 1 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit vergi məbləğinin ödənilməsi haqqında qəbz”in və 1 şəxsdə isə malların Vergi Məcəlləsi ilə tənzimlənən qaimə-faktura və ya elektron qaimə-faktura əsasında alınmaması müəyyən edilib.

Əlavə olaraq keçirilən nəzarət tədbirləri zamanı 12 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Aparılan operativ vergi nəzarəti işləri zamanı tərtib edilmiş 2 min 840 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin büdcəyə ödənilməsi təmin olunub.

2018-ci ilin müvafiq dövründə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 8 vergiödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb, bu zaman əvvəlki dövriyyələr ilə müqayisədə 11 min 587 manat dövriyyə artımına nail olunub. Bu da hər bir obyekt üzrə orta hesabla ay ərzində 29 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi deməkdir.

Qeyd olunan dövrdə Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırılmaların aparılması mütəmadi olaraq davam etdirilib. Belə ki, 2018-ci ilin 5 ayı ərzində 124 işəgötürən üzrə aparılan araşdırmalar zamanı 127 yeni əmək müqaviləsinin bağlanması və 412 əmək müqaviləsində isə əməkhaqlarının real əməkhaqları səviyyəsində göstərilməsinə nail olunub.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR