SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ABŞ-ın Cənubi Qafqaz siyasəti: həqiqət inkar olunanda...

7-06-2018, 15:35 | Oxunub: 6 706 |

ABŞ-ın Cənubi Qafqaz siyasəti: həqiqət inkar olunanda...
Dünyada gedən geosiyasi proseslər Amerikanın yeni şəraitdə oynaya biləcəyi rolu ilə bağlı analizləri də aktuallaşdırır. Moskva Karnegi Mərkəzinin ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin təhlilinə həsr edilmiş hesabat hazırlaması bu baxımdan maraq doğurur.

Emtv.az newtimes-a istinadən xəbər verir ki, orada Vaşinqtonun bu ziddiyyətli regiondakı fəaliyyətinin tarixçəsinə qısa nəzər salınır və dəyişən şəraitdə onun əsas istiqamətlərindən bəhs edilir. Müəlliflər qeyd edirlər ki, son zamanlar Avropa beynəlxalq təhlükəsizlik sisteminin dağılması, enerji daşıyıcıları bazarında baş verən dəyişikliklər, Cənubi Qafqazın cənub sərhədləri yaxınlığında qeyri-sabitliyin artması, Avropa İttifaqının daxili problemlərinin çoxalması və ABŞ-da hakimiyyət dəyişikliyi Vaşinqtonun bu regiona olan siyasətinə də təsir etməkdədir. Eyni zamanda, analiz müəllifləri region ölkələrinin geosiyasi statusu barədə də fikir bildirirlər. Onların mövqeyi əksər məqamlarda qərəzli və səthidir. Bu aspektdə daha geniş təhlil aparılmasını lazım bildik.

ABŞ-ın Cənubi Qafqaz təcrübəsi: ikili standartların əsirliyində

Amerikanın Cənubi Qafqaz siyasəti öz aktuallığını saxlayır. Bu barədə kifayət qədər mütəxəssis rəyi mövcuddur. Ekspertlər daim məsələnin müxtəlif aspektləri haqqında fikir bildirirlər. ABŞ-da rəhbərliyin dəyişməsi ilə Cənubi Qafqaz siyasətində müəyyən çalarların yeniləşməsi mümkündür. Artıq 25 ildən çoxdur ki, həmin sahədə təcrübə toplanıb. Region dövlətləri ilə dünyanın ən qüdrətli ölkəsi arasındakı əlaqələrin hansı istiqamətdə inkişaf edə biləcəyi, təbii ki, indi də ciddi maraq obyektidir. Bu bağlılıqda Moskva Karnegi Mərkəzinin bir analitik hesabatı diqqətimizi çəkdi (bax: Eugene Rumer, Richard Sokolsky, Paul Stronski. Политика США на Южном Кавказе: Армения, Грузия и Азербайджан / Carnegie.ru, 13 fevral 2018).

Onun məzmunu ilə tanışlıq göstərir ki, müəlliflər yeni mövqe nümayiş etdirməyiblər, dərin təhlil ortaya qoymayıblar. Ancaq həm qlobal geosiyasi proseslərin ümumi təkamül tendensiyası, həm də regional təhlükəsizliyin müəyyən elementlərinin dərk edilməsi kontekstində bir sıra tezislərə rast gəlinir. Öncədən vurğulamaq istərdik ki, hesabatda ənənəvi qərbçilik və ikili standart elementləri yer alıb. Xüsusilə hesabatda Azərbaycanla Ermənistana yanaşmada və onların geosiyasi mövqelərini qiymətləndirmədə Qərb KİV-lərində tez-tez rast gəlinən bəsit yanaşma qabarıq şəkildə mövcuddur. Görünür, bu mərəz bütövlükdə Amerika və Avropa siyasi-analitik şüurunda möhkəm yer almaqda və xeyli dərəcədə ehkama çevrilməkdədir.


Problemə bu özəlliyi nəzərə almaqla yanaşdıqda, məsələ daha da aktual görünür. Çünki məlum olur ki, Qərb siyasi dairələri tutduqları ikili standartlar və məxsusi maraqlar mövqeyindən çıxış etmək şakərindən imtina etmək fikrində deyillər. Bəs bu şərt daxilində ABŞ-ın Cənubi Qafqaz siyasətinə necə geosiyasi-nəzəri qiymət vermək olar?

Hər şeydən əvvəl, müəlliflər vurğulayırlar ki, "Birləşmiş Ştatların Cənubi Qafqazda ciddi, ancaq həyati əhəmiyyəti olmayan maraqları var" (bax: əvvəlki mənbəyə). Bu, hansı maraqlardır? Birincisi, regionda sabitliyi saxlamaq. İkincisi, "dondurulmuş münaqişə" zonalarında hərbi əməliyyatların bərpasının qarşısını almaq. Üçüncüsü, demokratik islahatlara və dövlət idarəçilik sistemini təkmilləşdirməyə dəstək. Dördüncüsü, Azərbaycan, Ermənistan və Gürcüstanın dünya birliyinə inteqrasiyasına nail olmaq (bax: əvvəlki mənbəyə).


Deməli, Vaşinqton üçün sadalanan məqamlar vacibdir, lakin bu, "ölüm-qalım" məsələsi deyil. Bu o deməkdir ki, özü üçün ciddi təhlükə hiss etdikdə ABŞ onların hər hansı birindən, yaxud hamısından imtina edə bilər. Deyək ki, 2008-ci ildə Rusiya Gürcüstanı qısamüddətli müharibədə milçək kimi əzəndə, gürcülərin "Con dayısı" elə də müqavimət göstərə bilmədi. Onlar ancaq "gərgin" diplomatik fəaliyyətlə Rusiyanın daha da irəliləməsinin qarşısını aldılar. Ancaq Moskva istədiyinə nail oldu: Abxaziya və Cənubi Osetiya Rusiyanın tam nəzarətinə keçdi ki, indiyə qədər bu reallıq dəyişməyib. Əksinə, Tbilisi Moskva ilə əlaqələrə can atır.

Başqa misal Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktının Amerika xarici siyasətində nə dərəcədə obyektiv nəzərə alınması ilə bağlıdır. Hələ keçən əsrin 90-cı illərində ABŞ Konqresi bədnam "907-ci düzəlişi" qəbul edib. Bu sənədə görə, Azərbaycana dəstək məsələsinə Ermənistanı "blokadada" saxladığı səbəbindən məhdudiyyət qoyulur. Lakin Ermənistana olan yardımlar davam edir. Bunu müəlliflər ayrıca qeyd edir, üstəlik, ona haqq qazandırırlar. Onlar yazırlar ki, "Ermənistan qismən azad ölkədir. Azərbaycan getdikcə daha çox avtoritarizmə yuvarlanır və Qərb tərəfdaşlarından uzaqlaşır. Gürcüstan demokratik islahatlar aparır, xarici siyasətdə isə Qərblə yaxınlaşmağa can atır" (bax: əvvəlki mənbəyə).

Burada Gürcüstan haqqında deyilənlər qismən reallığa uyğun gəlir, Ermənistan barədə ifrat tərəfkeşlik, Azərbaycan haqqında qeyri-obyektivlik mövcuddur. Faktlara müraciət edək.

Gürcüstan faktoru: "sevimli uşaq" və regionun reallıqları

Gürcüstanda demokratik islahatlar bir müddət ölkənin özünəməxsus tarixi-siyasi ənənəsinə uyğun aparıldı. 2012-ci ildən bu yana isə həmin proses demək olar ki, dayanıb. Bunun əvəzində cəmiyyətdə milli-radikal yanaşmanın elementləri özünü göstərməkdədir. Gürcüstanın fərqi ondadır ki, həmin milli-radikal yanaşma qanun pərdəsi altında həyata keçirilir (Amerika üslubunu hiss edirsinizmi?). Gürcü analitiklərin bəziləri vurğulayırlar ki, hazırda cəmiyyət hansı ideoloji istiqamətdə getməli olduğunu qətiləşdirə bilmir. Bir qisim Rusiyaya, digəri isə Qərbə meyl etməkdədir.

Ancaq xarici siyasətdə Qərblə geosiyasi, hərbi və iqtisadi yaxınlaşma kursu saxlanılır, eyni zamanda, Rusiya ilə əlaqələrin inkişafına da ayrıca diqqət yetirilir. Rusiyalı ekspert S.Markedonov yazır ki, kuluarlarda gürcü siyasətçiləri və ekspertləri Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan ehtiyat etdiklərini və Rusiyanın onlara balans olmasını arzuladıqlarını ifadə edirlər (bax: Сергей Маркедонов. Победа "и - и". Как Армении удается совмещать европейскую и евразийскую интеграцию / Carnegie.ru, 27 noyabr 2017).


Tbilisinin belə bir mövqe tutması onun öz işidir. Lakin bəzi tarixi faktları xatırlatmağa ehtiyac vardır. Cənubi Qafqazda üç respublikanın hər biri müstəqillik əldə edəndə, məhv olmaqda olan Gürcüstanı çökməyə Azərbaycan qoymadı. Bakı hətta öz vətəndaşlarının payından kəsərək Gürcüstana yardım etdi. Bu, daha çox enerji sahəsinə aid idi. Əgər paytaxt Tbilisidə belə qaz, işıq və neft olmayanda, Azərbaycan fədakarlıq etməsəydi, indi gürcü siyasətçiləri və analitikləri Gürcüstanın müstəqilliyi və azadlığından danışmazdılar.

Eduard Şevardnadze və Mixeil Saakaşvili dəfələrlə Azərbaycanın həyati əhəmiyyətli yardımından bəhs ediblər. Özü də Azərbaycan Gürcüstandakı radikal-milliyyətçi ünsürlərin azərbaycanlılara qarşı zorakılıq tətbiq etdiyi, onları hətta deportasiyaya uğratdıqları zaman dəstəyini əsirgəmədi. Türkiyəyə gəldikdə isə, bütün imkanı ilə Gürcüstanın müstəqilliyi arxasında durdu. İqtisadi-ticari, hərbi və digər aspektlərdə Ankara Tbilisini yalnız buraxmadı. 2008-ci il müharibəsində də Türkiyə Gürcüstanı müdafiə etdi. Qədirbilən gürcü xalqı bunları əsla unutmur və indi də minnətdarlıq hissi ilə bu barədə danışırlar.


Azərbaycanın Amerikanın da razılığı ilə Gürcüstana geosiyasi kontekstdə verdiyi ən böyük dəstək özünün enerji resurslarını etnik və tarixi cəhətdən özünə yaxın olan İran vasitəsilə deyil, məhz Gürcüstan xətti ilə nəqlinə üstünlük verməsindədir. E.Rumer, R.Sokolsky və P.Stronski bununla bağlı yazırlar ki, enerji layihələri hesabına Gürcüstan büdcəsini idarə edə bilir və bunu Amerika çox dəstəkləyir (bax: Eugene Rumer, Richard Sokolsky, Paul Stronski. Политика США на Южном Кавказе: Армения, Грузия и Азербайджан / Carnegie.ru, 13 fevral 2018).

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Gürcüstana verdiyi dəstəyə görə müəyyən kənar təzyiqlərə məruz qalıb. İndi Tbilisi "birtərəfli Azərbaycan və Türkiyə əməkdaşlığından" qurtulmağı düşünür? Yoxsa "demokratik" Amerika belə olmasını arzulayır? Bu da Tbilisinin öz işidir, lakin yaddaş qısalığı həmişə dövləti və milləti köləlikdən köləliliyə sürükləyər!


İşğalçıya yardım, yaxud "907-ci düzəliş"in səhv ünvanı

Ermənistan məsələsinin tarixçəsi başqa hadisə ilə bağlıdır. Bu vassal və forpost dövlətə münasibəti Karnegi Mərkəzinin müəllifləri Amerikada güclü erməni diasporunun olması ilə əlaqələndirirlər. Hesab edirlər ki, diaspor daim Vaşinqtonun İrəvana diqqət göstərəcəyini təmin edəcək. Belə çıxır ki, Vaşinqton reallığa, faktlara, bölgədəki xalqların hər birinin hüququnun təmin edilməsi prinsipinə və ədalətə deyil, bir qrup erməninin dünyaya baxışına əsaslanaraq Cənubi Qafqazda hərəkət edir? Hesabat müəllifləri bunun adını nə qoyurlarsa qoysunlar, real məzmunu tərəfkeşlikdir! Bu, ermənilərin minlərlə Azərbaycan insanının hüququnu tapdalamasına, haqqın itirilməsinə və ikili standartlara demokratik don geyindirmək deməkdir.

Görünür, buna görədir ki, təcavüzkar Ermənistana "907-ci düzəliş"i tətbiq etmək əvəzinə onu torpaqları işğal olunmuş Azərbaycana yönəldiblər. Eyni zamanda, işğalçıya hərtərəfli dəstək verməkdədirlər. Təbii ki, belə bir şəraitdə Ermənistan Qərbin "şıltaq çocuğu" kimi özünü aparacaq. İndi amerikalı ekspertlər Cənubi Qafqazda sabitliyin saxlanması ilə Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa edilməməsi arasında sıx bağlılığı da Ermənistanı qorumaq üçün tez-tez vurğulayırlar. Çünki əgər söhbət həqiqi mənada qalıcı sabitlikdən gedərdisə (Azərbaycan həmişə buna çalışıb), onda öncə işğalçı erməni silahlı qruplarının zəbt etdikləri ərazilərdən rədd olmasını ilk olaraq Vaşinqton tələb edərdi. BMT-nin dörd qətnaməsi qalıb bir tərəfdə, Konqres Azərbaycana "907-ci düzəliş"i tətbiq edir. Budurmu demokratiya, budurmu Amerika dəyərləri? Belə bir ölkə ilə Azərbaycan geosiyasi taleyini necə və hansı şərtlərlə bağlaya bilər?


İnsan haqları məsələsinə gəldikdə isə, onu ən çox pozan Ermənistandır. Bu ölkə ərazisindən bütün qeyri-erməniləri deportasiya edib. İndi orada multikultural deyilə biləcək sosial-siyasi mühit yox dərəcəsindədir. Ermənilər azərbaycanlılara qarşı terror edə-edə bu vəziyyəti yaradıblar. Tarixi faktlar göstərir ki, XIX əsrdən başlayaraq onlar xarici havadarlarının məsləhəti və birbaşa dəstəyi ilə həmin prosesi aparıblar. İndi Ermənistan "qismən azad", Azərbaycan isə "avtoritar" ölkə olub.

Bu cür yanaşmanın mövcud olduğu yerdə hansı strateji tərəfdaşlıqdan söhbət gedə bilər? Ermənistanın təcavüzkarlığına verilən dəstək davam etdikcə, Amerikanın Azərbaycanda geosiyasi üstünlüyündən danışmaq imkansızdır. Suriyada onların kimləri dəstəklədiyi də ayrıca faktdır. Məhz indi orada baş verənlər Qərb demokratiyası və multikultural dəyərlərə verilən "önəmi" yaxşı göstərir. Bu faktlar daha açıq şəkildə sübut edir ki, illərdir Vaşinqtonun təcavüzkar Ermənistana verdiyi dəstək tam gözlənilən imiş. Yeri gəlmişkən, bu, ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinin Ermənistana dəstək vermədiyi anlamına gəlmir. Hətta Rusiyanın onun birbaşa havadarı olduğunu da hər kəs bilir, Moskva özü də bunu gizlətmir.

Ermənistanın əsl kimliyi onun Xocalı soyqırımını törətməsində ifadə olunub. Öz ərazisindən qeyri-erməniləri deportasiya edən və başqa ölkənin ərazisində müsəlmanları kütləvi surətdə qətlə yetirən rejimin yaşamaq haqqı yoxdur. Lakin Karnegi Mərkəzi adından analiz aparan müəlliflər nəinki bu məqamları xatırlatmır, hətta Ermənistanın geosiyasi şanslarına belə işarə edirlər. Onlar qeyd edirlər ki, Amerika bu ölkəyə dəstəyini və yardımını davam etdirməlidir.


İkili standartlar: hədəf Azərbaycandır!

Bu ikili yanaşmaların fonunda müəlliflərin Azərbaycanla bağlı mövqeyi olduqca gülünc və qərəzlidir. Əvvəla, onlar hansısa qeyri-hökumət təşkilatının verdiyi əsassız qiymətə uyğun Azərbaycanın ABŞ-ın Cənubi Qafqaz siyasətindəki yerini müəyyənləşdirməyə çalışırlar. Ciddi analitik yalnız tutarlı, obyektiv və elmi faktlara əsaslanar. Deyək ki, müəlliflər özlərindən bir tezis quraşdırıblar: Qərb dövlətləri Azərbaycanla əməkdaşlıqdan uzaqlaşırlar (bax: əvvəlki mənbəyə). Reallıq necədir? Azərbaycanın xarici ticarətinin 50%-i Avropa ölkələrinin payına düşür! Aİ-nin bir neçə dövləti Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalayıblar.

İndi Avropanın siyasi liderləri Azərbaycanla uzunmüddətli əməkdaşlıq sənədləri imzalayırlar. Bunun nümunələrindən biri 2050-ci ilə qədər qüvvədə olacaq qaz sahəsində əməkdaşlıqla bağlı müqavilədir. Avropa İnvestisiya Bankı tarixində ən çox sərmayəni həmin proyekt üçün ayırıb. "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində reallaşacaq bu sərmayə Avropanın enerji təhlükəsizliyi naminə xərclənir.


Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən layihələrin təşəbbüskarıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri və "Yeni İpək Yolu" proyekti birbaşa rəsmi Bakının qətiyyətli və davamlı siyasi iradəsinin nəticəsidir. Ən çətin anlarda məhz Heydər Əliyev Bakı-Tbilisi-Ceyhanın həyata keçməsi üçün ilk addım atan Lider oldu. İndi isə İlham Əliyev bütün istiqamətlərdə Ulu Öndərin həmin böyük işlərini davam etdirir.

Buna görədir ki, hazırda Azərbaycan Cənubi Qafqazın ən demokratik ölkəsidir. Faktlara baxaq. Azərbaycanda bütün etnik qruplar əvvəlki kimi mehriban və bütün hüquqları təmin edilmiş şəkildə yaşayırlar. Hətta on minlərlə erməni belə burada rahat yaşaya bilir. Azərbaycan davamlı olaraq mədəniyyətlərin, dinlərin və sivilizasiyaların əməkdaşlığına həsr edilmiş beynəlxalq tədbirlər həyata keçirir. Bu tədbirlərə dünyanın müxtəlif guşələrindən minlərlə nümayəndə gəlir və böyük razılıqla gedirlər.


Azərbaycan regionda yeganə dövlətdir ki, daxili siyasətində multikulturalizmə böyük önəm verib, onu dövlət siyasəti səviyyəsinə yüksəldib. Ermənistanda, yaxud Gürcüstanda belə bir xətt varmı? Ermənistanda, ümumiyyətlə, multikultural mühit yoxdur. Gürcüstanda isə hələ də azərbaycanlıların yaşadıqları kəndlərin tarixi adları bərpa olunmayıb, əksinə, başqalarının da adını dəyişmək istiqamətində dolayı işlər aparılır. Karnegi Mərkəzi bunları bilmir? Bəlkə də bilir, lakin ikili mövqe həqiqəti deməyə imkan vermir.

Məsələni ümumi şəkildə qoya bilərik. Yəni Ermənistan Avropanın təhlükəsizliyi üçün nə edib? Rəsmi İrəvan nəinki həmin istiqamətdə heç bir addım atmayıb, hətta özünü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqla daha ciddi təhlükə mənbəyinə çevrilib. Erməni ekspertlər hətta zarafatla deyirlər ki, Ermənistan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında ora-bura qaçaraq "özünü KTMT-yə, yəni silah olan yerə təpib"! Konkret desək, Azərbaycandan fərqli olaraq Ermənistan müstəqil siyasət yeritmək iqtidarında deyil. Onun geosiyasi tərəddüdlərini ermənipərəst analitiklər "ya, ya" formulundan "və-və" formuluna keçid kimi təqdim etməyə çalışırlar. Yəni Ermənistan həm Aİİ, həm də Aİ ilə əməkdaşlıq edə bilir, onları "uyğunlaşdırır". Rusiyalı ekspert isə hətta bunu İrəvanın "və-və" formulunun qələbəsi adlandırır (bax: Сергей Маркедонов. Победа "и - и". Как Армении удается совмещать европейскую и евразийскую интеграцию / Carnegie.ru, 27 noyabr 2017).


Əslində isə hamı bilir ki, bu, formal xarakter daşıyır. Çünki Ermənistanın həm siyasəti, həm iqtisadiyyatı, həm də təhlükəsizliyi birbaşa Rusiyanın əlindədir. Və deməli, Avropa İttifaqı ilə imzalanan saziş dolayısı ilə Rusiyanın idarə edəcəyi bir işdir. Bu kontekstdə ekspertlər vurğulayırlar ki, Ermənistana lazımi yardım edə bilməyən Rusiya, Qərbin ona yardım etməsindən geosiyasi aspektdə yararlanacaq, bununla da Avrasiya İqtisadi İttifaqının cəlbediciliyini artırmış olacaq. Buradan belə qənaətə gəlmək olur ki, reallıqda Ermənistanı Aİ ilə yarımçıq saziş imzalamağa Moskva təhrik edib. Bu da Qərbin qismən azad ölkəsi!

Nəhayət, Karnegi Mərkəzinin ekspertləri ABŞ-ın nəticə çıxararaq Cənubi Qafqazda uzunmüddətli fəaliyyətində düzəliş etməsinin lazım gəldiyini yazırlar. Konkret olaraq, Vaşinqton region dövlətləri ilə eyni qəlibdə deyil, fərqli yanaşmalarla işləməlidir. Bu zaman başlıca olaraq münaqişələrin qarşısının alınmasına, Amerikan dəyərlərinin yayılmasında ehtiyatlı olmağa, əsassız gözləntilərdən uzaq durmağa, Aİ-nin fəaliyyəti üçün yer qoymağa, regionun enerji ehtiyatlarını real qiymətləndirməyə çalışmalıdır.

Onlar "enerji ehtiyatlarını yenidən qiymətləndirmək" dedikdə, bu məsələnin elə də perspektivinin olmadığını nəzərdə tutur, həmin məntiqlə də Azərbaycana önəm verilməməsi gərəkliyini demək istəyirlər. Hesab edirlər ki, daşdan alınan qaz, sıxılmış qaz və başqa məqamlar Xəzər dənizindəki enerji ehtiyatlarının əhəmiyyətini azaldır.

Bütün bunlar analizin qərəzli və birtərəfli aparıldığını, onun ciddi faktlara əsaslanmadan bəzi təşkilatların hesabatları əsasında hazırlandığını göstərir. Aydın ifadə etməyə çalışırlar ki, Amerika regionda başlıca olaraq Gürcüstan və Ermənistanı dəstəkləməlidir. Azərbaycan isə arxa plana atılmalıdır. Təbii ki, Azərbaycanın kimsənin yardımına ehtiyacı yoxdur və Bakı daim müstəqil siyasət yeridəcək. Bu mövqe ilə hər kəs, o cümlədən Amerika da barışmalı, onu Azərbaycanın təbii haqqı kimi tanımalı və hörmətlə qarşılamalıdır. Azərbaycan ən yaxın qonşuları ilə də, ən uzaq tərəfdaşları ilə də eyni prinsiplə münasibət qurur - qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq münasibəti! Əgər onlar təcavüzkar və forpost bir dövlətlə daha yaxın olmaq istərlərsə, işğalın alovunda özləri də yanarlar! Tarix bunu dəfələrlə sübut edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR