SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İşdən çıxarılan başçıların adı milyonluq məhkəmə işində keçirdi

7-06-2018, 14:06 | Oxunub: 7 542 |

İşdən çıxarılan başçıların adı milyonluq məhkəmə işində keçirdi
Son günlər prezidentin sərəncamı ilə bir neçə icra başçısı vəzifəsindən çıxarılıb. Onlardan ikisi – Ağdam rayon icra başçısı Raqub Məmmədov və Tovuz rayon icra başçısı Tofiq Zeynalov sosial şəbəkələrdə geniş müzakirə olunub.

Emtv.az-ın yerli mətbuata istinadən xəbərinə görə, buna səbəb hər iki vəzifəli şəxsin milyonluq məhkəmə işlərində adının hallanmasıdır.


Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı oğlu, dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işində Qoşqar Zeynalov zərərçəkmiş kimi tanınıb. Q.Zeynalov artıq vəzifədə olmayan Tofiq Zeynalovun oğludur.

Q.Zeynalov məhkəmədə ifadəsi zamanı R.Hüseynovla qohum olduqlarını deyib: “Rahib bir gün mənə iş qurmağı təklif etdi. ahib "Mənə dedi ki, “Dəmir Yolları”na yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul istədi. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm. Sonra bir hissəsini qaytardı. Hazırda mənə vurulan ziyan 3 milyon 925 min manat təşkil edir".

R. Hüseynov isə deyib ki, Q.Zeynalova gələn gəlirdən 3 milyon 200 min manat pul verib.

Ağdamın eks-başçısı Raqub Məmmədovu isə zərərçəkmişlər ifadələri zamanı cinayətdə ittiham edib. Belə ki, keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor Fətişoğlunun dələduzluqda ittiham edildiyi məhkəmə işində ifadə verən şəxslər R.Məmmədovun da dindirilməsini tələb ediblər.

Zərərçəkmiş Eldəniz Nurəddinov deyib ki, qardaşı oğlunu həbsdən azad etdirməsi üçün T.İbrahimova 10 min 700 manat verib:

“Teylorun Ağdamın icra başçısı Raqub Məmmədovla yaxın münasibətləri var idi”.

Digər zərərçəkən İsmayıl Məmmədov isə işin içində icra başçısı R.Məmmədovun da olduğunu deyib: “Mən icra nümayəndəsinin müavini təyin olunmaq üçün Teylora 5 min manat verdim. Dəfələrlə başçının qəbulunda oldum, mənə “sən öl” vurub dedi ki, Teylor işi həll edəcək. Raqub Məmmədov deyirdi ki, məni müavin yox, elə nümayəndə qoyacaq”.

Raqub Məmmədov bu iş üzrə istintaqa da cəlb olunub və ifadəsi alınıb.

O bildirib ki, T.Fətişoğlu onun adından istifadə edərək bəzi şəxslərdən pul alaraq onları rayonda vəzifəyə təyin etdirəcəyini vəd edib: “Teylor mənim adımdan İsmayıl Məmmədovdan pul alıb onu icra nümayəndəsi, Rafil Hətəmovdan isə 35 min manat alaraq Su-kanal İdarəsinə rəis təyin etdirəcəyini deyib. O vaxtdan da Teylorla münasibətlərim pisləşdi, onun haqda rayon prokurorluğuna məlumat verdim”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR