SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda müasir meliorasiya və su təsərrüfatı sistemləri qurulub

5-06-2018, 13:22 | Oxunub: 12 992 |

Naxçıvanda müasir meliorasiya və su təsərrüfatı sistemləri qurulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamına əsasən hər il iyunun 5-i ölkəmizdə Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü kimi qeyd edilir.

Bu gün dövlətimizin başçısı ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına xüsusi diqqət yetirir. Bu sahədə mühüm dövlət proqramları təsdiq olunub, kənd təsərrüfatının inkişafına, meliorativ tədbirlərin genişləndirilməsinə diqqət artırılıb.

Naxçıvan Muxtar Respublikasında da son illər meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri, həmçinin içməli su təminatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlər görülüb. Hazırda muxtar respublikada ümumi həcmi 303,5 milyon kubmetr olan 32 su anbarı var.

Muxtar respublikanın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin fəaliyyəti üçün lazımi şərait yaradılıb, müasir texnikalar alınıb istifadəyə verilib, rayon idarələrinin maddi-texniki bazası möhkəmləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarına əsasən suvarma sistemlərinin yenidən qurulması və torpaqların meliorativ vəziyyətlərinin yaxşılaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi və suvarma drenaj şəbəkələrinin inkişaf etdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib.

Mütərəqqi suvarma sistemlərinin qurulması da diqqət mərkəzində saxlanılır. Su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, torpaq sahələrini yeni əkin dövriyyəsinə daxil etmək məqsədilə yeni qapalı suvarma şəbəkələri tikilir, drenaj xətləri çəkilir. Belə ki, son illər Babək və Culfa rayonlarında 2220, Kəngərli rayonunda isə 1124 hektar sahədə qapalı suvarma şəbəkəsi qurulub. Hazırda bu işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir.

Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafına şərait yaradan əsas amillərdəndir. Muxtar respublikada müasir irriqasiya sistemləri qurularaq istifadəyə verilir, torpaqların su təminatı yaxşılaşdırılır. Bütün bunlar, ümumilikdə, muxtar respublika iqtisadiyyatının inkişafına xidmət edir. Həyata keçirilən meliorasiya və su təsərrüfatı tədbirləri yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına səbəb olub. Belə ki, Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq Uzunoba Su Anbarında yenidənqurma işləri aparılıb, anbardan Kəngərli rayonuna 32,4 kilometr uzunluğunda boru xətti çəkilib, yeni nasos stansiyası tikilib, nəticədə, 5800 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq, su itkilərini aradan qaldırmaq üçün Araz çayındakı nasos stansiyasından 16,6 kilometr uzunluğunda təzyiqli boru xətti çəkilib. Sədərək rayonunda əkinəyararlı torpaqların dayanıqlı suvarma suyu ilə təmin olunması üçün tikilən yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi də yenidən əkin dövriyyəsinə qatılıb.


Suvarılan ərazilərin şoranlaşmasına yol verməmək üçün, ilk növbədə, şoranlaşmanı törədən səbəblərə qarşı tədbirlər görülüb. Əkin sahələrinə suvarma normalarına uyğun olaraq suvarma suyu verilib, filtrasiyanı azaltmaq üçün açıq və qapalı drenajlarda, kollektorlarda, kanal və arxlarda mütəmadi olaraq lildən təmizləmə və təmir işləri aparılıb, yeni açıq və qapalı drenajların tikintisi davam etdirilib.


Suvarma və içməli su təminatında qədim hidrotexniki qurğu olan kəhrizlərdən geniş istifadə edilir, onların təmir-bərpası daim diqqət mərkəzində saxlanılır. Kəhrizlərin bərpası su təchizatının yaxşılaşdırılması ilə yanaşı, həm də tariximizin və mədəni irsimizin qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu günə qədər muxtar respublikada 120 kəhriz bərpa olunub. Muxtar respublikada mexaniki suvarma üsulundan da geniş istifadə edilir. İkinci suvarma mənbəyi kimi istifadə edilən 101 nasos stansiyası və 824 subartezian quyusu suvarma mövsümündə tam gücü ilə istismar olunur.

Əkin sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə muxtar respublikanın çay və selovlarında selə qarşı istiqamətləndirici bənd salınır. Bu da torpaqların yuyulmasının və şoranlaşmasının qarşısını almaqla yanaşı, həm də torpaqların münbitliyinin qorunmasına imkan verir. Ötən dövrdə Araz çayı boyunca 54 kilometrdən artıq məsafədə sahilbərkitmə işləri aparılıb.

Su təsərrüfatı sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri də insanları sağlam və ekoloji cəhətdən təmiz içməli su ilə təmin etməkdir. Bu gün muxtar respublikada içməli su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində kompleks tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Naxçıvan Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksi, eləcə də Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsi, Şahbuz və Culfa şəhərlərində içməli su və kanalizasiya sistemləri istifadəyə verilib, Şərur şəhərində isə içməli su və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışı olub.

Meliorasiya işlərinin yerinə yetirilməsində maşın-mexanizmlərin mühüm əhəmiyyəti var. Son illər muxtar respublikanın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə 32 müxtəlif təyinatlı maşın və mexanizm verilib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR