SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DSMF-nin “ölü” pensiyaları Şahin Quliyevin başında çatlayacaq?

5-06-2018, 10:55 | Oxunub: 10 940 |

DSMF-nin “ölü” pensiyaları Şahin Quliyevin başında çatlayacaq?
DSMF-nin sabiq aparat rəhbəri Şahin Quliyevin həbs olunmaq təhlükəsi var. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparılan islahatlarda sabiq nazir Səlim Müslümova yaxın kadrların təmizlənməsi davam etdirilir. Ötən həftə nazir Sahil Babayevin sabiq nazirin komandasına aid olan 20 vəzifəli şəxslə vidalaşması buna əyani sübutdur.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosail Müdafiəsi nazirliyindən mətbuata daxil olan məlumata görə Hesablama Palatasının 181 ölünün adına pensiya alması ilə bağlı yaydığı hesabat nazirlik təərfindən ciddi şəkildə araşdırılır. Aparılan bu araşıdrmalarda isə çox güman ki, rolu olan şəxslər barədə hüquq mühafizə orqanlarına şikayət ediləcək.

Məlumata görə ağlasığmaz “ölü canlar” pensiyası məsələsinin üzə çıxması Səlim Müslümovun komandasının keçmiş işçilərini çətin vəziyyətə salıb. Nazirlik içindəki mənbəmizin saytımıza verdiyi məlumata görə narahatçılıq keçirən şəxslərdən biridə DSMF-nin keçmiş aparat rəhbəri, bir neçə günə kimi isə nazirliyin Sosial ödənişlər şöbəsinin müdiri Şahin Quliyevdir. Məlumatda bildirilir ki, vaxtı ilə Səlim Müslümovun “istəkli” kadrlarından biri olaraq Aparat rəhbəri pilləsinə qədər yüksələ Şahin Quliyev işlədiyi dövrlərdə vəzifəsindən sui istifadə edərək böyük imkanlar sahinimə çevrilib. Məhz illərdir ölmüş şəxslərin adına alınan pensiyadan Şahin Quliyevin xəbərsiz olması kiməsə inandırıcı gəlmir.

Məlumatda iddia edilir ki, sabiq aparat rəhbəri bəzi şəxslərin ölülərin adına aldığı pensiyada xəbərdar olaraq buna göz yumub. Məlumata görə Şahin Quliyevində əsas narahatçılğı elə bu nüansladır. Yəni Şahin Quliyev Aparat rəhbəri işlədiyi dövrdə baş verən cinayətə göz yummaqla özü cinayətin bir parçasına çevrilib.

Qeyd edək ki, DSMF aparat rəhbəri işlədiyi dövrdə böyük imkanlara sahib olan Şahin Quliyev sonrada bilinməyən hansısa səbəblərə görə sabiq nazir Səlim Müslümovun “qəzəbinə” tuş gələrək nazirliyin sosial ödənişlər şöbəsinə keçirilib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR