SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb

5-06-2018, 10:26 | Oxunub: 8 391 |

Naxçıvanda qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb
Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən naxçıvantv.az-a verilən məlumata görə, 2018-ci ildə ümumtəhsil məktəblərini bitirən 2803 məzundan 2290-ı, yəni məzunların 81,7 faizi ali məktəblərə sənəd verib.

Sənəd verən məzunların 610-u (26,6 faizi) I ixtisas qrupunu, 617-si (26,9 faizi) II ixtisas qrupunu, 761-i (33,2 faizi) III ixtisas qrupunu, 148-i (6,4 faizi) IV ixtisas qrupunu, 154-ü (6,7 faizi) isə V ixtisas qrupunu seçiblər. Sənəd verən məzunların 1228-i, yəni 53,6 faizini oğlanlar, 1062-si, yəni 46,4 faizini qızlar təşkil edib.

2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi – yaz imtahanları artıq başa çatıb. Ali məktəblərə qəbul üçün sənəd verən 1578 məzun, yəni Naxçıvan şəhəri üzrə 333, Şərur rayonu üzrə 283, Babək rayonu üzrə 257, Ordubad rayonu üzrə 159, Culfa rayonu üzrə 191, Şahbuz rayonu üzrə 76, Kəngərli rayonu üzrə 98, Sədərək rayonu üzrə 35, Təhsil Nazirliyinə birbaşa tabe məktəblər üzrə 146 məzun uğurlu nəticə göstərib, 278 məzun 500-700 intervalında, 80 məzun isə 450-500 intervalında bal toplayıb.


500-700 arası bal toplayanlar, əsasən, Heydər Əliyev adına tam orta məktəbin, Naxçıvan Qarnizonunun tam orta məktəbinin, Qızlar Liseyinin, Naxçıvan şəhər 5, 8 və 9 nömrəli, Şərur şəhər 1 və 2 nömrəli, İbadulla kənd tam orta, Ordubad şəhər 1 və 3 nömrəli, internat, Culfa şəhər 3 və Yaycı kənd 1 nömrəli, Şahbuz şəhər 1 nömrəli, Kəngərli rayon Qıvraq qəsəbə və Sədərək kənd 1 nömrəli tam orta məktəblərinin məzunları olublar.

500-700 intervalında bal toplayan məzunlar içərisində kənd məktəbləri məzunlarının xüsusi çəkisi artıb. Məzunları yüksək bal toplamış 110 ümumtəhsil məktəbindən 79-u kənd məktəbidir. Ən yüksək nəticə, Şərur rayonu üzrə Ərəbyengicə, Ordubad rayonu üzrə Gənzə, Şahbuz rayonu üzrə Aşağı Qışlaq, Sədərək rayonu üzrə Sədərək kənd 1 nömrəli tam orta məktəblərin məzunları yaşadıqları rayon üzrə ən yüksək nəticəyə nail olublar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR