SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Naxçıvan Azərbaycanın mədəniyyət paytaxtıdır” - Amerika Birləşmiş Ştatlarının vətəndaşı

4-06-2018, 14:03 | Oxunub: 7 553 |

“Naxçıvan Azərbaycanın mədəniyyət paytaxtıdır” - Amerika Birləşmiş Ştatlarının vətəndaşı
Muxtar respublikaya səfər edən turistlər ölkələrinə qayıtdıqdan sonra sosial şəbəkələrdə Naxçıvan haqqında xoş təəssüratlar paylaşırlar.

Bu ilin may ayında Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş Amerika Birləşmiş Ştatlarının vətəndaşı Erik Olson ölkəsinə qayıtdıqdan sonra səyahətçilərin istifadə etdiyi “TripAdvisor” internet şəbəkəsində və “Facebook” sosial şəbəkəsindəki səhifəsində Naxçıvan barədə məlumatlar paylaşmışdır.

“TripAdvisor” internet şəbəkəsindəki “Naxçıvan inanılmaz dərəcədə gözəl bir məkandır”, paylaşımında Erik Olson yazır: “Çoxlu sayda insanlar Naxçıvana səfər etməlidir. Son bir-iki ildə səfər etdiyim ərazilər içərisində Naxçıvan ən gözəlidir. Əminəm ki, Bakı və digər rayonlar ilə müqayisədə Naxçıvan tarixi əraziləri ilə Azərbaycanın ləl-cəvahiratıdır. Bələdçim Emil Paşalı həqiqətən ərazinin tarixini çox əla bilir və yaxşı yoldaşlıq etməyi bacarır. Naxçıvana səfər etsəniz, bu bələdçilər sizə biletlərin alınmasında və mehmanxanalarda yerləşməkdə də hərtərəfli köməklik göstərəcəklər. Naxçıvanda olmağı hər kəsə tövsiyyə edirəm!”
“Naxçıvan Azərbaycanın mədəniyyət paytaxtıdır” - Amerika Birləşmiş Ştatlarının vətəndaşı
Erik Olson “Facebook” sosial şəbəkəsində isə aşağıdakı fikirlərini paylamışdır: “Son bir neçə günü Naxçıvan Muxtar Respublikasında keçirdim. Naxçıvan 1990-cı ildə – 70 il Sovet hakimiyyətinin idarəçiliyindən sonra Azərbaycanın müstəqillik hərəkatının mərkəzinə çevrilmişdi. Sovet İttifaqının dağılmasından sonra Ermənistan və Azərbaycan arasında müharibə baş verdi. Hazırda Naxçıvanın Ermənistan, İran və Türkiyə ilə sərhədləri var. Mən Naxçıvan şəhərindəki gözəl Təbriz otelində qaldım. Bələdçim məni ərazi ilə tanış etdi. Naxçıvan həqiqətən, Azərbaycanın mədəniyyət paytaxtıdır! Qafqaz regionunun isə ən maraqlı tarixi ərazisidir. Əgər kimsə Naxçıvana səfər etmək istəsə, bələdçim Emil Paşalı onun üçün Naxçıvan şəhərinə turlar təşkil edə bilər. Çünki onun işlədiyi “Natiq Travel” şirkəti ən yaxşı turizm şirkətidir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR