SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Pokrov Məhərrəm”lə birlikdə “batan” məmurlar – Onların sırasında DYP polkovniki də var…

1-06-2018, 14:41 | Oxunub: 10 671 |

“Pokrov Məhərrəm”lə birlikdə “batan” məmurlar – Onların sırasında DYP polkovniki də var…
Uzun müdət Rusiyadakı ən varlı və nüfuzlu azərbaycanlılardan biri sayılan və “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Həsənovun Azərbaycandan bir xeyli tanınmış məmur və iş adamına külli miqdarda borcunun olduğu məlum olub. Emtv.az-ın azpolitika-ya istinadən məlumatına görə, bu barədə iş dünyasına yaxın mənbələrdən məlumat daxil olub.

İflas etdiyi bildirilən və Rusiyanın hüquq-mühafizə orqanları ilə ciddi problemləri olduğu rəsmən təsdiqlənən şəmkirli biznesmenin bu il martın 31-də Rusiyada SOBR xüsusi təyinatlıları tərəfindən saxlanılaraq, əllərinin qandallanması kadrları yayımlanmışdı. Bundan bir neçə gün sonra isə M.Həsənovun həbsdən azad edildiyi bildirildi. Lakin çox keçmədən “Pokrov Məhərrəm”in Moskva vilayətinin İstra rayon məhkəməsi tərəfindən yenidən ittiham olunaraq, barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi məlum oldu.

Maraqlıdır ki, bir vaxtlar çox geniş maliyyə imkanlarına malik olan bu şəxs hazırda hüquq-mühafizə orqanları tərəfindən dələduzluqda ittiham olunur. Və belə görünür ki, bu ittihamın miqyası Rusiya sərhədləri ilə məhdudlaşmır.

“Pokrov Məhərrəm”lə birlikdə “batan” məmurlar – Onların sırasında DYP polkovniki də var…
Belə ki, özəl mənbələrdən daxil olan məlumatlara görə, kifayət qədər geniş imkanlara malik etibarlı iş adamı sayılan M.Həsənov Azərbaycandan bir neçə məmur və iş adamının külli miqdarda vəsaitini öz işlərinə cəlb edərək, onlara qazancdan faiz ödəyəcəyi öhdəliyini götürübmüş. Onunla “işgüzar əlaqələr” quranlar və nəticədə milyonlarla pulu batanlar sırasında bir çox məmurların və onların ətrafındakı iş adamlarının adları keçir.

Sözügedən şəxslər arasında çox maraqlı simalar var ki, onlardan biri də Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin məşhur rəis müavini Müşfiq Rəhimovdur. Mətbuatda daha çox bahalı avtomobil seriyalarının satışı və DYP-dəki digər maxinasiyalar sayəsində milyonlara sahibləndiyi iddia olunan M.Rəhimovun “Pokrov Məhərrəm”də 4 milyon manatının batdığı bildirilir. Bir zaman adı hətta “MTN işi” ilə əlaqədar hallandırılan bu DYP polkovnikinin əsasən kriminal aləmə yaxın şəxs kimi tanınan “Pokrov Məhərrəm”lə necə və kimlər vasitəsilə “işbirliyi”nə getməsi barədə bir şey deyə bilmərik. Ancaq görünən odur ki, M.Həsənovun hazırkı durumu polkovnik Rəhimovun pullarının “gedər-gəlməzə” göndərildiyi ehtimalını gücləndirir.
“Pokrov Məhərrəm”lə birlikdə “batan” məmurlar – Onların sırasında DYP polkovniki də var…
Məlumata görə M.Rəhimov pulu batanlar sırasında heç də birinci yerdə dayanmır və onların arasında 7 milyon, 10 milyon və daha çox vəsait itirənlər var. Görünür Moskva məhkəməsinin “Pokrov Məhərrəm”ə qarşı məhz dələduzluq maddəsilə cinayət işi açması təsadüfi deyil, ancaq böyük ehtimalla onun “atdığı” rəsmi qaydada təsdiqlənən şəxslər sırasında nə M.Rəhimovun, nə də digər məmurların adı keçmir. Çünki aylıq məvacibi yüz manatlarla ölçülən azərbaycanlı məmurların milyonluq iddialarla çıxış edəcəyi inandırıcı görünmür…

Onu da xatırladaq ki, əsasən Rövşən Lənkəranskinin himayəsindən istifadə edərək, Pokrov bazasına nəzarət edən M.Həsənovun, onun qətlə yetirilməsindən sonra olduqca çətin duruma düşdüyü bildirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR