SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kəmaləddin Heydərovun qovduğu generalın qardaşı və talanan milyonlar

31-05-2018, 13:32 | Oxunub: 16 971 |

Kəmaləddin Heydərovun qovduğu generalın qardaşı və talanan milyonlar
Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Nazim Məmmədovun bir neçə gün əvvəl vəfat edən qardaşı Malik Məmmədov külli miqdarda dövlətin pulunu mənimsəməkdə günahlandırılır.

Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, Qobustan rayon Qaraçüzlü kənd sakinləri iddia edirlər ki, M.Məmmədov və keçmiş bələdiyyə sədri Əlikram Musayevlə birləşərək ölmüş şəxslərin torpaqlarını ələ keçiriblər. Sonra isə həmin torpaqlar üçün hər il 35-36 min manat subsidiya alaraq dövlətin pulunu mənimsəyiblər.

Sakinlərin şikayət məktubunda qeyd olunur: ”Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən yaşadığımız kənd ərazisinə aid kənd təsərrüfatlı torpaqlardan pay torpaqları dövlət tərəfindən əvəzsiz olaraq verilib. Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri Əlikram Musayev kəndin 40-a yaxın təsərrüfat rəhbərindən onlara verilmiş pay torpağın Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını toplayıb və 2006-cı ilin aprelin 2-də Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli sövdələşərək bir hektarını 200 manata saxta sənədlərlə satıb. Əliokram Musayev Qobustan Notariat kontorunun rəisi olmuş T.Seyidovla əvvəlcədən razılaşaraq alqı-satqı müqaviləsi bağlamaq üçün bizim, 40 ailə başçısının adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından razılıq ərizələri tərtib edib.
Kəmaləddin Heydərovun qovduğu generalın qardaşı və talanan milyonlar
Eyni reyestr nömrəli 02 aprel 2016-cı il tarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib ediblər. Birinci müqavilədə 6 nəfər, ikinci müqavilədə isə 32 nəfər təsərrüfat rəhbərinin adları qeyd edilib. Müqavilənin saxtalığını sübut edən məqamlardan biri budur ki, 32 nəfəri adı yazılmış alqı-satqı müqaviləsində alıcının imzası və adı göstərilmir. Belə bir saxta müqavilə əsasında alıcı Malik Məmmədov 2008-ci ilin aprelin 21-də 14 saylı DƏDRX-nın Şamaxı rayon Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatı haqqında MH seriyalı 4 ədəd çıxarış alıb. M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilib. Torpaq mülkiyyətimizin tam ələ keçirilməsi barədə kənd cammatı yalnız 2016-cı ilin oktayabr ayında əlimizdə olan Dövlət aktı əsasında çıxarış almaq istərkən ƏMDKDƏDRX-nin 14 saylı Ərazi İdarəsinin 08 noyabr tarixli cavab məktubundan aydın olub ki, “bizlərə məxsus torpaq sahələri 02 aprel 2006-cı il tarixdə Qobustan rayon DNK-da təsdiq olunmuş 4-ə-13 nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər sakini Məmmədov Malik Xeyrulla oğlunun adına JN-571, kod 30708038 saylı Dövlət aktı hazırlanıb. Torpaq sahələr hazırda başqa mülkiyyətçinin adına qeydiyyata alındığı üçün həmin torpaqların üzərində sizin mülkiyyət hüququnuzun qeydiyyata alınması qeyri-mümkündür.”
Kəmaləddin Heydərovun qovduğu generalın qardaşı və talanan milyonlar
”Özlərinə məxsus “AFB Bank”dan 30 milyon manat kredit götürüb”

Sakinlər deyir ki, onlara məxsus torpaqların dəlduzluq yolu ilə bələdiyyə sədri tərəfindən razılıqları olmadan digər şəxsə satılıb: ”Orqanlara etdiyimiz müraciətlər nəticəsiz qalıb. “Malik Məmmədov ələ keçirdiyi 526 ha torpağımıza görə son 10 ildə saxta sənədlərlə taxıl əkmək adıilə dövlətdən hər hektarına 90 manat olmaqla təxminən hər il 36-45 min manat pulu dövlətdən subsidiya alaraq mənimsəyib. Malik Məmmədov 2009-cu ildə 526 ha zəbt etdiyi torpağımıza çıxarış aldıqdan sonra təmsil olunduğu “Gilan” şirkətindəki bəzi əlaqələrinin köməkliyilə özlərinə məxsus “AFB Bank” ASC-nə əmlakı girov qoymaqla külli-miqdarda (verilən məlumata görə 30 milyon manat) kredit götürüb.

Bu torpaqlarda biznes adamı kimi iş görmək adı altında layihə təqdim etməklə götürdüyü külli-miqdarda krediti o təyinatı üzrə deyil, tam başqa məqsədlə talan etmişdir. M.Məmmədovun məqsədi də pulu Banka qaytarmaq olmayıb.

Elə “AFB Bank” özü də Qəbələ, Oğuz və şəki rayonu ərazilərində boş torpaq sahələrinə öz adamlarının adına külli-miqdarda girov şərtilə kredit verərək onu problemli kreditə çevirməklə məşğuldurlar. Yəni bankın özü ilə əvvəlcədən gizli razılaşma əsasında Malik Məmmədov krediti müflis olmasını bəhanə gətirərək ödəmir. 10-15 min manata ələ keçirdiyi və banka girov qoyduğu torpağımızın taleyi isə onu əsla maraqlandırmamışdır. Ona görə də Malik Məmmədov hər yanda bizim bu məsələ barəsində qaldırdığımız şikayətləri Dövlət Gömrük Kopmitəsinə 11 ildir ki, sədr müavini olan doğma qardaşı Nazim Xeyrulla oğlu Məmmədovun köməkliyilə öz xeyrinə həll edirdi. Biz də qalmışdıq çıxılmaz vəziyyətdə”.

”Niyə DİN-nin rəis müavini korrupsiyalaşmış mütəşəkkil dəstənin əməjnə belə bir don geyindirmək istəyir?”

”Daxili işlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Canpolad Danovun şikayətçilərə yazdığı cavab məktubunda bildirilir ki, Qobustan Rayon polis Şöbəsində toplanan materiallar üzrə Qobustan Rayon Prokurorluğunda araşdırma davam edilərkən cinayət hadisəsninin olmadığını və cəlb etmə müddətinin keçdiyinə görə Cinayət Prosessual Məcəllənin 39-cu maddəsinin 1.2 və 1.3-cü hissələrinə əsasən cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilib. Şamaxı Reyestr İdarəsindən rəsmən bildiriblər ki, sakinlərə məxsus torpaq sahələri 2006-cı ildə Məmmədov Malik Xeyrulla oğlunun adına 526 ha torpaq sahəsinə çıxarış verilib. Biz də hüquqlarımızın pozulduğunu bildikdən dərhal sonra yerli və yuxarı orqanlara şikayətlər etmişik.
Daha nə etməli idik ki? Bəs Prokurorluğa təqdim olunan Şamaxı Reyestr İdarəsinin 2016-cı il tarixli rəsmi məktubunu niyə nəzərə almadan belə bir əsassız qərar qəbul edib? Bəs prokuror öz vəzifə səlahiyyətini icra etməklə niyə son 10 il ərzində dövlətdən 526 ha torpaq sahəsinə görə dövlət büdcəsindən “formal” sənədləşmə əsasında oğurlanmış hər ili üçün 45000 manat dövlət vəsaitinin geri qaytarılması barədə niyə cinayət işi qaldıra bilmir?
Əkilmiş taxılı kim və nə vaxt görüb? Görübsə kimə satılıb və nə qədər dövlətə vergi ödənilib? Bütün kənd sakinləri özləri Allah şahididir ki, onlara məxsus yüzlərlə hektar torpaq sahələrində heç vaxt bir kv.m də olsa taxıl əkilməyib. Bunu kənd təsərrüfatı mütəxəssisləri olan ekspertlər də yerində baxış keçirib rəy verə bilər”
-deyə şikayətçilər yazıb.

Sakinlər Canpolad Daanovun nəzərinə çatdırır ki, yuxarı direktiv orqanlara göndərdiyimiz və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi veb saytına istinadən Subsidiyaların verilməsilə bağlı təqdim etdiyimiz rəsmi sənədlər 2015-2017-ci illəri əhatə edir. Bu fakt sizin əsaslandığınız CPM-nin 39.1.1 və 39.1.3 maddələrinə uyğun gəlmir. Niyə DİN-nin rəis müavini korrupsiyalaşmış mütəşəkkil dəstənin son 10 il ərzində dövlətdən taladığı milyonlarla manat mənimsənilən dövlət vəsaitinə belə bir don geyindirmək istəyir? Ona görə də dövlətdən son illər talanan pulların konkret kimlər tərəfindən həyata keçirildiyini bir daha Daanova xatırladırlar:

2015-ci ildə Qobustan rayonun Qaracüzlü kəndi üzrə:

Malik Məmmədov – 404 ha üçün 20200 manat,
Musayev Əlikram Ələkbər oğlu – 148 ha üçün 7400 manat (bələdiyyə sədridir),
Əlikramın qardaşı Musayev İlyas – 77 ha üçün 3850 manat,
Əlikramın qardaşı Musayev Vahid – 10 ha üçün 500 manat,
Əlikramın oğlu Ələkbərli Emin – 48 ha üçün 2400 manat.


2016-cı il üzrə:

Malik Məmmədov – 491 ha üçün 32200 manat,
Musayev Əlikram – 71 ha üçün 6350 manat,
Ələkbərli Emin – 40 ha üçün 3620 manat,
Musayev İlyas – 71 ha üçün 6390 manat.


2017-ci il üzrə:

Malik Məmmədov – 480 ha üçün 24000manat,
Musayev Əlikram – 20 ha üçün 1824 manat,
Musayev İlyas – 13 ha üçün 1210 manat.


Qacüzlü sakinləri xatırladır ki, Ə.Musayev və onun qohum-qardaşına məxsus bütün torpaqlar M.Məmmədova 2006-cı ilin aprelin 2-də satıldığı halda o yenə də kağız üzərində dövlətdən guya torpaq əkməsi barədə yalan hesabat verməklə külli-miqdarda vəsaiti alıb mənimsəyib. Digər fakt ondan ibarətdir ki, İbrahimov Eldar Qüdrət oğlunun və Həsənov Gülhəsən Əbülhəsən oğlunun adları Qurbançı icra nümayəndəliyinə formal daxil edilsələr də onlar bu kənddə heç vaxt yaşamayıblar. Onların da hər birinə 2015-ci ildən 168 ha və 64 ha formal torpaq sahələri yazılıb. Deyilənə görə bu adamlar Qobustan İH başçısına yaxın adamlardır. Və belə dost tanışların adına hər bir kənd üzrə formal torpaq sahələri yazılaraq külli-miqdarda dövlət vəsaiti mənimsənilib.
Kəmaləddin Heydərovun qovduğu generalın qardaşı və talanan milyonlar
Adil Məmmədov

İcra başçısı: ”Axır ki, kişinin ürəyin partladıb öldürdünüz”

”Bir neçə hün əvvəl, 24 mayda Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov kəndimizə gəlib bizimlə ayaqüstü görüş keçirdi və bildirdi ki, axır ki, kişinin (Malik Məmmədovu nəzərdə tutur) ürəyini partladıb öldürdünüz. Son məlumata görə keçmiş bələdiyyə sədri və hazırda kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyən əsərin qəhrəmanı Əlikram Musayev öna məxsus fermalardakı qoyun-quzusunu və danalarını satıb özünü xilas etməklə məşğuldur. Artıq 10 gündür ki, o hazırda yaşadığı evi də satışa çıxarıb canını qurtarmaq istəyir.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramovun şikayətçilər və Qobustan Rayon Kənd Təsərrüfatı İdarəsinə yazdığı 04 may 2018-ci il tarixli cavab məktubundan: “Vəfat etmiş şəxslərə və digərlərinə məxsus torpaqların saxta etibarnamə əsasında Malikə satıldığı və istifadə olunmayan 526 ha əkin sahəsinə görə hər il 35-36 min manat vəsaitin dövlət yardımı adı ilə mənimsənildiyini və dəgər məslələri kimi qanunpozuntusu hallarının araşdırlıması xahiş edilir. Qaldırılan məsləyə aidiyyatı yerli qurumlarla birlikdə, müəllifin iştirakıilə qanunvericiliyə uyğun olaraq baxılması, nəticəsi barədə mümkün qısa vaxt ərzində ərizəçiyə və Nazirliyə məlumat verilməsi sizə tapşırılır.”


DİN-in BİSTİ idarəsi rəis müavini tərəfindən Qobustan rayon Qaracüzlü sakinlərinin şikayətinə 07 mart 2018-ci ildə rəsmi cavabı:

”Qobustan rayon Polis Şöbəsində toplanmış materiallar araşdırılmış və cinayət hadisəsi omadığına və cinayət müddəti keçdiyinə görə cinayət işinin başlanması rədd edilmişdir”.

”Musayev Əlikram da bizim torpaqları və özünə məxsus 12 ha torpağı Malik Məmmədova satsa da və bu gün hətta onun qohumarının da adında torpaq sahəsi olmadığı halda, guya Əlikram Musayev 2016-cı ildə 72 ha, qardaşları Musayev İlyas 71 ha, Musayev Vahid 13 ha, digər qohum-tanışları olan Əliyev Əlixan 15,86 ha, Paşayev Ramiz 52 ha, Ələkbərli Emil Əlikram oğlu 40 ha, Əliyev Rəfail 12 ha. torpaq sahəsinə görə dövlətdən hər hektara 50 manat olmaqla son 2017-ci ilə qədər pullar alıb dövlət büdcəsini talan ediblər. Halbuki, Əlikram Musayev və digər qohum qardaşları bu torpaqları Malik Məmmədova 2006-cı ilin aprelin 2-də satıblar. Belə olan halda reallıqda mövcud olmayan torpaq sahələrinə görə formal kağız üzərində dövlət əmlakını mənimsəmək cinayət hesab olunmurmu?
Qanunvericilik təsdiq edirmi ki, 2015-2017-ci illərdə heç bir əkin olmadığı halda Məmmədov Malik hər il 491 ha torpaq əkməsi adı altında, digərləri isə başda Musayev Əlikramın 1 kv.m torpağı olamadığı halda necə olur ki, öz adına 71 ha torpaq yazdırmaqla dövlət əmlakını mənimsəyir. Polisin verdiyi rəsmi məlumata görə bu dəstə cinayət törətməmiş hesab olunaraq məsuliyyətdən azad ediliblər”
-deyə şikayətçilər vurğulayır.

Kəmaləddin Heydərovun qovduğu generalın qardaşı və talanan milyonlar

General-leytenant Nazim Məmmədov

Emtv.az yerli mətbuata istinadən bildirir ki, Malik Məmmədov bir nəçə gün əvvəl vəfat edib. O, ürək çatışmazlığından dünyasını dəyişib. O, əvvəllər FHN-də Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətiin rəisi olub. İddialar var ki, M.Məmmədov yüksək dövlət məmuru haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə K.Heydərov tərəfindən işdən çıxarılıb. Sonra isə ”Gilan Holdinq”də işləyib.

Kəmaləddin Heydərovun qovduğu generalın qardaşı və talanan milyonlar

Kəmaləddin Heydərovun qovduğu generalın qardaşı və talanan milyonlar


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR