SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Azərbaycanın qədim şəhəri olan Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan edilib" - İlham Əliyev

31-05-2018, 11:29 | Oxunub: 9 132 |

"Azərbaycanın qədim şəhəri olan Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan edilib" - İlham Əliyev
Azərbaycan İslam mədəniyyətinin dünyada təqdim edilməsində mühüm rol oynayır".

Emtv.az-ın məlumatına görə, bunu mayın 31-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən çıxışı zamanı deyib.

"Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Mən fürsətdən istifadə edərək, xahiş edirəm ki, mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Təmsil etdiyiniz ölkələrlə bizim ölkəmizin çox sıx dostluq əlaqələri vardır. Mənim ölkələrinizə səfərlərim, sizin ölkələrinizin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunun əyani sübutudur. Bildiyiniz kimi, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Xüsusilə BMT-dəki əməkdaşlığı mən qeyd etmək istərdim. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımız çox uğurludur. Biz digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olub: "İslam Əməkdaşlıq Təşkilatı haqlı olaraq Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir. Dəfələrlə bəyan etmişdir ki, Azərbaycan İslam həmrəyliyi məsələlərində çox önəmli rol oynayır. Bizim üçün İslam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Bildiyiniz kimi, keçən il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunmuşdur. Ölkələrinizin iştirakı ilə Bakıda mötəbər IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Bu Oyunlar sadəcə olaraq idman yarışı deyil, eyni zamanda, İslam dünyasının birliyini nümayiş etdirib və biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək".

Dövlət başçısı vurğulayıb ki, bu il Azərbaycanın qədim şəhəri olan Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan edilib: "İkinci dəfədir ki, Azərbaycan şəhəri bu şərəfli ada layiq görülür. Birinci dəfə Bakı şəhəri bu ada layiq görülmüşdür. Bu, bizi çox sevindirir. Bu, onu göstərir ki, bütün müsəlman dünyası Naxçıvanı qədim Azərbaycan diyarı, müsəlman diyarı kimi tanıyır. Naxçıvanda yerləşən, bütün müsəlman ictimaiyyəti üçün önəmli olan abidələrimiz dünya əhəmiyyətli abidələrdir. Bildiyiniz kimi, Azərbaycan İslam mədəniyyətinin dünyada təqdim edilməsində də mühüm rol oynayır. Bir çox Avropa ölkələrində keçirdiyimiz sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İslam mədəniyyətini təbliğ edir, İslam dəyərlərini təcəssüm etdirir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik".


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR