SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Liderlərdən İlham Əliyevə - MƏKTUB

30-05-2018, 14:05 | Oxunub: 9 135 |

Liderlərdən İlham Əliyevə - MƏKTUB
Los-Ancelesdəki yəhudi icmasının liderləri Azərbaycan prezidenti İlham Əliyevə məktub göndəriblər.

Emtv.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident. Los-Ancelesdəki yəhudi icmasının liderləri olaraq, müsəlman dünyasında ilk dünyəvi respublika (1918-1920) və qadınlara səsvermə hüququ vermiş (1919) ilk müsəlman ölkəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Çox şadıq ki, Azərbaycan xalqı bu tarixi ildönümü özünün yenidən müstəqil olan və çiçəklənən dövləti – Azərbaycan Respublikası ilə qeyd edir.

Sovet İttifaqının süqutundan ötən 27 il ərzində Azərbaycan öz müstəqilliyini möhkəmləndirib, bölgədə önəmli iqtisadi gücə və beynəlxalq səviyyədə nüfuzlu bir dövlətə çevrilib. Enerji təhlükəsizliyindən tutmuş beynəlxalq terrorizmlə mübarizə və iqtisadiyyatın şaxələndirilməsinədək bir çox mühüm sahələrdə əməkdaşlığı davam etdirən Azərbaycan ilə ABŞ arasında yaranmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiririk.

Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan və Bakıda səfirliyini təsis edən İsrail ilə Azərbaycan arasında yaxın dostluq münasibətlərinə də böyük dəyər veririk. Ötən dövr ərzində Azərbaycan-İsrail tərəfdaşlığı inkişaf edərək iki ölkə üçün yüksək önəm daşıyan bir çox sahələri əhatə edib. Bu nümunəvi ikitərəfli münasibətlər, eləcə də hər iki ölkənin xalqları arasındakı əlaqələr gündən-günə güclənərək sarsılmaz və davamlı körpülərin yaranmasına gətirib çıxarıb.


İki min ildən çoxdur Azərbaycanda yaşayan qədim yəhudi icması Azərbaycan ilə İsrail arasında bu körpülərin saxlanılmasında mühüm rol oynamaqdadır ki, bu da nadir bir fenomendir. Qeyri-sabit regionda yerləşməsinə baxmayaraq, Azərbaycanda antisemitizmin hər hansı bir formasının mövcud olmaması, həmçinin müsəlman, yəhudi və xristianların bütün hüquq və azadlıqlara malik olaraq, sabit və təhlükəsiz şəraitdə dinc birgə yaşamaları Azərbaycandakı dinlərarası harmoniya, tolerantlıq və qarşılıqlı hörmət mühitinin mövcudluğunun bariz göstəricisidir. Sizin uzaqgörən liderliyiniz və bir-biri ilə ahəng təşkil edən bu dəyərlərin bir müstəsna hal deyil, gündəlik həyat tərzi olmasını təmin etmək istiqamətində göstərdiyiniz nümunə olduqca təqdirəlayiqdir.

Los-Ancelesdəki yəhudi icması Azərbaycanın buradakı Baş konsulluğu ilə bir çox siyasi və mədəni məsələlər, o cümlədən burada yerli icmaların ölkənizdə yüksək hörmət göstərilən yəhudi icması və Azərbaycanın İsrail Dövləti ilə möhkəm tərəfdaşlığı barədə məlumatlandırılması sahələrində açıq dialoq və sıx münasibətlər saxlanmaqdadır. Bu tarixi ildönümü münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ölkənizə böyük uğurlar və davamlı tərəqqi arzulayırıq”.

Məktubu Böyük Los-Anceles Yəhudi Federasiyasının İdarə Heyəti və İcraiyyə Komitəsinin üzvü, Universitet Sinaqoqunun sabiq prezidenti Maykl Tuşin, Simon Vizental Mərkəzinin sədr müavini Ravvin Abraham Kuper, Amerika Yəhudi Komitəsinin Los-Anceles nümayəndəliyinin prezidenti Skot Edelman, Böyük Los-Anceles Yəhudi Federasiyasının prezidenti və baş icraçı direktoru Cey Senderson, Universitet Sinaqoqunun baş ravvini, Cənubi Kaliforniya Ravvinlər Şurasının sabiq prezidenti Ravvin Morli Fainstayn, Kehillat Maarav Qərb Sinaqoqunun baş ravvini Ravvin Maykl Qotlib, Ədalət naminə Yəhudi Mərkəzinin icraçı direktoru Ravvin Coel Saymonds, Wilshire Boulevard Sinaqoqunun sabiq prezidenti Riçard Paçulski, Los-Anceles Sinay Sinaqoqunun prezidenti Ancela Maddahi, Amerikadakı İran Yəhudiləri Federasiyasının prezidenti Suzan Azizzade və Nessah Sinaqoqunun qurucusu və baş ravvini Ravvin Devid Şofet imzalayıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR