SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb

25-05-2018, 11:49 | Oxunub: 10 590 |

Naxçıvanda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyəti Cəmiyyətinin Culfa qovşağında “Dəmiryol obyektlərində və qatarlarda ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb.

Emtv.az xəbər verir ki, Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən azərtac-ın Naxçıvan bürosuna verilən məlumata görə, təlimin keçirilməsində məqsəd “Naxçıvan Dəmir Yolları” MMC-nin sülh və müharibə dövrləri üçün mülki müdafiə planının reallığını yoxlamaq, dəmiryol obyektlərində və qatarlarda fövqəladə hallar zamanı yarana biləcək vəziyyətin qiymətləndirilməsi, qərarın qəbulu üzrə idarəetmə orqanlarının reaksiyavermə qabiliyyətinin artırılması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunan müxtəlif qurumların uzlaşmış fəaliyyətini təşkil etməkdir.

Taktiki-xüsusi təlim plana uyğun olaraq iki mərhələdə həyata keçirilib.

Birinci mərhələdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyəti Cəmiyyəti və Culfa qovşağının rəhbər, komandir-rəis heyətinin fövqəladə hallar zamanı yanğınların söndürülməsi, xilasetmə işlərinin aparılması, zərərçəkənlərə həkiməqədərki tibbi yardımın göstərilməsi, təxliyə tədbirlərinin yerinə yetirilməsi üzrə idarəetmə bacarığı təkmilləşdirilib, Culfa dəmiryol qovşağının fövqəladə hallarda fəaliyyət planının reallığı yoxlanılıb. Eyni zamanda, şərti şərait üzrə yük-sərnişin qatarında baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üzrə 11 saylı Culfa yanğın qatarının, Təhlükəsizlik İdarəsinin 12 saylı təhlükəsizlik komandasının, Culfa qovşağının obyekt mülki müdafiə qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin Culfa və Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə bölmələrinin, Culfa Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadalarının “Həyəcan” siqnalı ilə qaldırılması, fövqəladə hadisə rayonuna göndərilməsi, mülki müdafiə qüvvələrinin şəxsi heyətinə tapşırıqların qoyulması kimi məsələlərə baxılıb.

İkinci mərhələ isə “Dəmiryol obyektlərində və yük-sərnişin qatarlarında baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması” mövzusunda keçirilib.

Bu mərhələnin ilk tapşırığı dəmir yolunun Salamməlik-Vəlidağ yol sahəsinin Yaycı-Culfa mənzili istiqamətində hərəkət edən yük-sərnişin qatarında yanğının baş verməsi, vaqonlarda olan sərnişinlərin həyat və sağlamlığının ciddi təhlükə altında qalması ilə bağlı qatar maşinistinin məlumatı ilə başlayıb. Qatarda yanğının qarşısının alınması və söndürülməsinə 11 saylı Culfa yanğın qatarı, Culfa və Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin yanğından mühafizə bölmələri, xilasetmə işlərinin aparılmasına Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə bölmələri, təcili tibbi yardımın göstərilməsinə isə Culfa Rayon Mərkəzi Xəstəxanasının təcili yardım briqadaları cəlb olunub. Ayrı-ayrı təlim yerlərində qüvvələr arasında qarşılıqlı əlaqə yaradılıb və qarşıya qoyulmuş tapşırıqların icrası təmin edilib.

İkinci mərhələnin növbəti tapşırığı isə Culfa dəmiryol qovşağının “Park-V” ərazisində üçmərtəbəli binada baş vermiş yanğının söndürülməsi, xilasetmə işlərinin aparılması, zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi və stasionar müalicə ocaqlarına göndərilməsi üzrə tapşırıqların yerinə yetirməsi həyata keçirilib. Bu təlim yerində əsas diqqət yanğının söndürülməsinə cəlb olunan yanğından mühafizə bölmələrinin, yanğın qatarının birgə fəaliyyətinin təşkilinə, yanğınsöndürənlərin xilasetmə işlərinə cəlb olunmasına, xilasedicilər tərəfindən müxtəlif xilasetmə üsullarından istifadə etməklə yüksək mərtəbədən zərərçəkənlərin xilas edilməsinə, xüsusi təyinatlı itlərin köməyi ilə axtarış-xilasetmə işlərinin aparılmasına, xəsarət alanlara ilk tibbi və həkiməqədərki yardımın göstərilməsinə, ərazidə dezinfeksiya işlərinin aparılmasına, fövqəladə hal zonasının çəpərlənməsinə yönəldilib. Bu işlərin həyata keçirilməsinə cəlb olunan qüvvələrin çevikliyi, cəldliyi, xilasedicilərin, yanğınsöndürənlərin və tibbi briqadaların peşəkarlığı sayəsində şərti baş vermiş yanğının vaxtında qarşısının alınması və söndürülməsinə, həyat və sağlamlığı təhlükə altında qalan işçilərin xilas edilməsinə və xəsarət alanlara tibbi yardımın göstərilməsinə nail olunub.

Təlimdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Nazirliyinin 42 nəfərdən ibarət yanğından mühafizə bölmələri, 3 yanğınsöndürmə avtomobili, 1 yanğın avtonərdivanı, 25 nəfərdən ibarət xilasetmə qrupları, 2 qəza-xilasetmə avtomobili, 1 xilasedici motosiklet, 2 ədəd digər təyinatlı texnika, “Naxçıvan Dəmir Yolları” MMC-nin 99 nəfər şəxsi heyətı, Culfa yanğın qatarı, yük-sərnişin qatarı, 1 ədəd drezin, Culfa Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərdən ibarət təcili tibbi yardım briqadaları, 2 ədəd təcili yardım avtomobili, Culfa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin isə 11 nəfər şəxsi heyəti iştirak edib.


Təlim uğurla başa çatdırılıb, təhlükəsizlik qaydalarına ciddi əməl olunub və qarşıya qoyulmuş bütün vəzifələr müvəffəqiyyətlə icra edilib.

Naxçıvanda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb

Naxçıvanda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb

Naxçıvanda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb

Naxçıvanda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb

Naxçıvanda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb

Naxçıvanda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb

Naxçıvanda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR