SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qüruru və əzəməti bir-birini tamamlayan “Mənim Naxçıvanım” adlı fotosərgi açılıb

24-05-2018, 15:06 | Oxunub: 8 050 |

Qüruru və əzəməti bir-birini tamamlayan “Mənim Naxçıvanım” adlı fotosərgi açılıb
Mayın 22-də Bakı şəhərindəki “Gallery-1969”da tanınmış naxçıvanlı gənc fotoqraf Hüseyn Bağırovun “My Nakhchivan” (“Mənim Naxçıvanım”) adlı ­fotosərgisi açılıb.

Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, habelə Milli Məclisin deputatlarının qatıldığı fotosərgidə əvvəlcə qonaqlar Naxçıvana həsr edilmiş ­videoçarxa baxıblar.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndə­liyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Sərginin Naxçıvana ithaf edilməsinin önəmini qeyd edən Bəxtiyar Əsgərov ekspozisiyada yer alan fotoların məna və məzmun baxımından dolğunluğunu vurğulayıb. Qeyd edib ki, fotosərgi Naxçıvanın əsrarəngiz təbiətini tanıtmaq, təbliğ etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

“Gənc fotoqrafın bu sərgisində Naxçıvanın turizm baxımından nə qədər əhəmiyyət daşıdığının şahidi olmaqla yanaşı, müstəqil dövlətimizin qürur və iftixar mənbəyi olan ulu diyarımızın təbii coğrafi imkanlarını, maddi-mədəni irsini, onun mənsub olduğu dəyərləri bilavasitə görmək mümkündür. Beynəlxalq auditoriyanın diqqətini uzun müddət blokada şəraitində yaşamış, buna baxmayaraq, inkişaf etmiş Naxçıvana cəlb etmək istiqamətində bu sərgini uğurlu hesab etmək olar. Ulu öndər Heydər Əliyev “Mən istəyirəm ki, Naxçıvanla bağlı düşündüyüm gələcək planlarım yerinə yetsin” deyərdi. Əsası ümummilli lider tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü siyasətin nəticəsidir ki, son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yorulmaz fəaliyyəti sayəsində Naxçıvan bütün sahələrdə – sosial-iqtisadi, elmi-mədəni, quruculuq-abadlıq, sənaye və kənd təsərrüfatı, nəqliyyat və rabitə, infrastruktur və turizm, ən nəhayət, əhalinin həyat şəraitinin yüksəldilməsi sahəsində böyük irəliləyişlər əldə edib, təbiətin mühafizəsi sahəsində yeniliklərə imza atıb, bir sözlə, müstəqil Azərbaycanın ən qabaqcıl inkişaf etmiş nümunəvi diyarına çevrilib. Qazanılan nailiyyətlər muxtar respublikanın potensialını xeyli artıraraq əlverişli investisiya, turizm və biznes mühitinin formalaşmasına xüsusi imkanlar yaradıb. Naxçıvanda icra edilən dövlət pro­qramlarının və həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi bu gün öz bəhrəsini verməkdədir. Ulu ­öndərin dövründə “Xalq-Heydər, Heydər-Xalq” birliyi bu gün iqtidar-xalq birliyini ortaya çıxarıb, dövlətimizin uğurlarının rəhninə zəmin yaradıb”, – deyə Bəxtiyar Əsgərov söyləyib.
Qüruru və əzəməti bir-birini tamamlayan “Mənim Naxçıvanım” adlı fotosərgi açılıb
Nümayəndəliyin rəhbəri əlavə edib ki, Naxçıvanın ecazkar mənzərələrinin nümayiş etdirildiyi sərgidə yer alan fotolar müəllifin peşəkarlığını və sənət sevgisini bir daha sübut edir. Sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edən B.Əsgərov gənc fotoqrafa uğurlar arzulayıb.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfərini xatırladan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bu səfər doğma diyarın ­sosial-iqtisadi inkişafını, mədəni quruculuq sahəsindəki uğurlarını bir daha ictimaiyyətə təqdim edib. Dövlətimizin başçısı tərəfindən aparılan məqsədyönlü siyasətin paytaxt və regionlarımızın inkişafına yönəldiyini vurğulayan akademik deyib: “Naxçıvan Muxtar Respublikası da bu inkişaf strategiyasının əhatəsində olan regionlarımızdandır. Bu gün Naxçıvanda həyatın bütün sahələrində böyük inkişaf müşahidə olunur. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan özünün yeni intibah dövrünü yaşayır. Hüseyn Bağırovun foto­ları Naxçıvanın bütün gözəlliklərini, özünəməxsus təbiətini və inkişafını bir daha nümayiş etdirir. Bədii fotoqrafiya aspektindən baxdıqda bu şəkillərdə Naxçıvanın hazır­kı vəziyyətini canlı olaraq görmək mümkündür. Sərgilənən 70-dək foto Naxçıvanın bütün ərazisini əhatə etməklə, doğma diyarın təbiətinin gözəlliklərini də insanlara çatdırır. Bu gözəlliklər fotoqraf tərəfindən kəşf edilmiş gözəlliklərdir. Naxçıvanın təbiətində qürur, əzəmət və iftixar bir-birini tamamlayır. Fotoqrafın təbiətin kompozisiyasına bu baxımdan yanaşmağı təqdirəlayiqdir”.

Akademik diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə qayıdışından sonra bölgələrimizdə, o cümlədən Naxçıvanda həyatın bütün sahələrində dinamik inkişaf müşahidə olunub, dövlətçiliyimizin milli dayaqları sarsılmaz təməllər üzərində qurulub.

Qeyd olunub ki, müasir, müstəqil Azərbaycanın banisi ulu öndər ­Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda abadlıq-quruculuq işlərinin əhatə dairəsini geniş­ləndirib, Naxçıvan daha müasir ­görkəmə qovuşub. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri qədim diyarın inkişafında yeni mərhələnin əsasını qoyub.

Sonra qonaqlar üç gün davam edəcək fotosərgiyə baxıblar. Sərgi maraqla qarşılanıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR