24 may 15:03Oxunub: 461 |

TSEK sədrləri və DSMF-nin direktorları təşvişə düşüblər - Sakitcə işdən uzaqlaşa bilsəydik...

TSEK sədrləri və DSMF-nin direktorları təşvişə düşüblər - Sakitcə işdən uzaqlaşa bilsəydik...
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun vəzifəsindən kənarlaşdırılması əksər Tibbi Sosial Ekspert Komissiyasının sədirləri və Dövlət Sosial Müdafiə Fondu rayon şöbələrinin direktorlarını çıxılmaz vəziyyətə salıb.

Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, artıq adıçəkilən qurumların rəhbərləri sakitcə vəzifələrini təhvil verməyə hazırdırlar. Lakin onları qorxuya salan məqam ondan ibarətdir ki,yeni nazir Sahil Babayev ciddi islahatlara və yoxlamalara start verəcəyinin anonsunu verib. Bu isə istənilən TSEK və DSMF-nin yerli şöbələrində milyonlarla manat dövlət vəsaitinin,eləcə də sosial sığorta haqlarının mənimsənilməsini aşkarlayaraq buna yol verən rəhbərlərin hüquqi məsuliyyətə cəlb olunmasını mümkünləşdirə bilər. Danılmaz faktdır ki,sabiq nazirə ümid olub, milyonlarla vəsaitin oğurlanmasına və mənimsənilməsinə yol verənlər indiki şəraitdə Səlim Müslümovun vəzifədən alınacağını gözləmirdilər.

Verilən məlumatda o da vurğulanır ki, artıq sabiq nazirə yaxınlığı ilə tanınan Arif Səmədov başda olmaqla Ağstafa,Tovuz,Şəmkir,Gəncə,Gədəbəy,Göygöl,Daşkəsənin TSEK sədrləri ,eləcə də həmin rayonların DSMF direktorları xüsusilə narahatdırlar.Hətta,Ağstafa rayonunun TSEK sədri yaxın çevrəsinə bildirib ki,sakit bir şəkildə vəzifəmi təhvil verib,bu sistemdən uzaqlaşa bilsəydim,dərdim olmazdı.

Xatırladaq ki, nazir Sahil Babayevin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Sabunçu rayon TSEK sədri Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcabədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahin Əliyev vəzifəsindən uzaqlaşdırıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1238
XƏBƏR LENTİ

Reklam
Məzənnə