SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

7 illik sirr: İranın gizli obyekti deşifrə edildi

24-05-2018, 14:40 | Oxunub: 5 784 |

7 illik sirr: İranın gizli obyekti deşifrə edildi
“Nyu York Tayms” qəzeti İranın raket istehsalı ilə bağlı yeni fakt ortaya çıxarıb.

Qəzet İranın gizli şəkildə hələ də uzaqmənzilli raketlər hazırladığını bildirib:

“12 noyabr 2011-ci ildə Tehrandan 40 kilometr cənub-qərbdə yerləşən Biqdəni kəndinin yaxınlığındakı hərbi obyektdə böyük partlayış baş verdi. Nəticədə general-mayor Həsən Tehrani Müqəddəm və 20 İran İslam İnqilabi Keşikçilər Korpusunun zabiti həlak oldu. Rəsmi versiyaya görə, partlayış döyüş sursatlarının daşınması zamanı yaranan bədbəxt hadisə nəticəsində baş verib. Qeyri-rəsmi səbəb isə qitələrarası raketin partlamasıdır.

Bir müddət öncə Kaliforniyadan olan tədqiqat qrupu İran dövlət televiziyasının Həsən Müqəddimə həsr edilən yeni proqramına baxan zamanı gözlənilmədən İranın raket proqramı haqqında yeni məlumatlar əldə edib. Bu kadrlarda Müqəddəm ölümündən bir müddət əvvəl səhradakı gizli obyektdə işlərin gedişinə nəzarət etdiyi əks olunur. Tədqiqat qrupu müəyyən edib ki, bu obyekt indiyə qədər fəaliyyət göstərir.

Peykdən çəkilən görüntülər burada raket mühərriklərinin yaradılması işlərinin aparıldığını göstərir. Obyektdə işlərin gecələr də aparıldığı müşahidə edilir. Görünür, söhbət uzaqmənzilli raket hazırlığından gedir ki, bu da 2016-cı ilin nüvə razılaşmasına ziddir. ABŞ bu hərbi obyektin inspeksiyasına nail olmağa çalışacaq”
, – qəzetdə bildirilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR