SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bələdiyyə sədrinin oğlu arvadını bıçaqlayıb başını kəsmək istədi — TƏFƏRRÜAT

24-05-2018, 14:35 | Oxunub: 1139 |

Bələdiyyə sədrinin oğlu arvadını bıçaqlayıb başını kəsmək istədi — TƏFƏRRÜAT
Şəki Ağır Cinayətlər Məhkəməsində arvadının başını kəsmək istəyən şəxsin məhkəməsi başlayıb.

Emtv.az lent.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 29.120 (ölümə cəhd) maddəsi ilə təqsirləndirilən Həşimov Rəşad Fikrət oğlunun məhkəməsinə hakim Xəqani Səmədov sədrlik edəcək.

İttiham aktına görə, bu ilin yanvar ayında Göyçay rayonunun Kürdəmiş kənd sakini olan 42 yaşlı Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Sonra Rəşad Həşimov Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayandan sonra onun başını kəsməyə çalışıb.

İlkin araşdırma zamanı məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan R.Həşimova ətrafdakı insanlar mane olub. Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisədən sonra bıçaqla özünə ağır xəsarət yetirən R.Həşimov da həmin xəstəxanaya aparılıb.

Rəşad Həşimov sabiq bələdiyyə sədrinin oğludur. Vüsalə ilə ailə həyatı qurandan sonra onunla yola getməyib, birgə nikahdan 1 övladları var. Ancaq ayrı yaşayıblar. Rəşad çox vaxt Bakıda olub, orada işləyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR