24 may 14:18Oxunub: 416 |

Prezident bu 12 "siyasi məhbusu" bağışladı - Siyahıda “Cristall Hall”da terror törətmək istəyən şəxs də var

Prezident bu 12 "siyasi məhbusu" bağışladı - Siyahıda “Cristall Hall”da terror törətmək istəyən şəxs də var
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Bu barədə mətbuata Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Bildirilib ki, əfv siyahısında 634 nəfər məhkumun adı var. Onlardan 12 nəfəri hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb:

"Nardaran hadisələrinə görə həbs edilən 7 nəfər- Nadir Babayev, Hilal Cabbarov, Əliağa Qasımov, Ələkbər Qurbanov, Fail və Natiq Şahbazovlar, Məmməd Quliyev buraxılıb. Hicab məsələsinə görə həbs edilənlər David Kərimov, Elşad Rzayev də əfv olunub. Həmçinin AXCP-nin Neftçala rayon Təşkilatının rəhbəri Elnur Fərəcovun, şair Saday Şəkərlinin və "Cristall Hall”da terror törətməkdə təqsirləndirilən Valeh Abdullayevin adı da əfv siyahısına düşüb”.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1247
XƏBƏR LENTİ

Reklam
Məzənnə