24 may 12:32Oxunub: 270 |

"Naxçıvan diyarı öz tarixi, zəngin mədəniyyəti ilə hər bir rəssamın diqqətini cəlb edir" - türkiyəli rəssam

"Naxçıvan diyarı öz tarixi, zəngin mədəniyyəti ilə hər bir rəssamın diqqətini cəlb edir" - türkiyəli rəssam
Üçüncü dəfədir ki, Naxçıvanda təşkil olunan “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalında iştirak edirəm. İlk dəfə bu festivala dəvət alanda Naxçıvan haqqında çox az məlumatım var idi. Amma Naxçıvana gəldikdən və Azərbaycanın bu qədim diyarı ilə yaxından tanış olduqdan sonra buranın həqiqətən də bəşəriyyətin beşiyi olduğuna şahidlik etdim.

Emtv.az xəbər verir ki, bu sözləri azərtac-ın Naxçıvan bürosuna müsahibəsində qədim diyarda keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının iştirakçısı, türkiyəli rəssam-yazıçı Hülya Sezgin deyib.

Hülya Sezgin qeyd edib ki, festivalda təşkilatçılıq çox yüksək səviyyədədir. “Belə sənət fəaliyyətlərinin təşkil olunması məncə çox mühüm hadisədir. Çünki bura gələn xarici rəssamlar Naxçıvanın qədim tarixini, mədəniyyətini və burada incəsənətə necə yüksək dəyər verildiyini görür və muxtar respublikanı öz ölkələrində də təbliğ edirlər”, – deyən Hülya Sezgin Naxçıvanın öz tarixi, zəngin mədəniyyəti ilə hər bir rəssamın diqqətini cəlb etdiyini vurğulayıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1247
XƏBƏR LENTİ

Reklam
Məzənnə