SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – TƏFƏRRÜAT

24-05-2018, 11:16 | Oxunub: 7 381 |

Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – TƏFƏRRÜAT
Lotu Qulinin Rusiyanın Ural regionu üzrə "valisi" Rəhman Abdullayevin həbsinin bəzi təfərrüatları məlum olub.

Emtv.az lent.az-a istinadən xəbər verir ki, Çelyabinsk polisi son on ildə bu "çəkidə” avtoriteti həbs etməmişdi. Məlumata görə, Rəhman Abdullayev nəinki Çelyabinsk, qonşu Tümen və Sverdlovsk vilayətlərinə də Quli tərəfindən nəzarətçi təyin edilmişdi. Rəhman regionun bütün bazarlarına haqq qoymuşdu. Hətta regionun ən böyük meyvə-tərəvəz bazası olan və Yekaterinburqda yerləşən "4-cü baza” (müqayisə üçün deyək ki, bu baza Ural regionunun ən böyük meyə-tərəvəz bazasıdı - musavat.com) uğrunda mübarizədə belə əvvəl kürd klanını, sonradan isə Röşvən Lənkəranskinin adamlarını vurub sıradan çıxarmışdı.

Bəziləri səhvən Lotu Qulinin adamı kimi İlham Osmanovu göstərirdilər. Amma elə deyil. Osmanov Ded Xasanın bacısı oğlu Temuri Mirzoyev (Timur Sverdlovski) tərəfindən regiona "smotryayuşi” təyin olunmuşdu. Timurun ölümündən sonra isə kürd klanı xeyli zəiflədi.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən yerli KİV-lərə daxil olan məlumata görə, 2015-ci ildə haqqında şərti cəza çıxarılan Abdullayevi adi inzibati hüquq pozuntusuna qarışdığına görə, onu hər an həbs edə bilərdilər. "Rəhman Abdullayevi isə adi məişət mübahisəsinə görə saxlayıblar. Bir azərbaycanlı 300000 rubla öz həmyerlisinə maşın satıb. Maşın xarab çıxıb. Arada pul üstündə mübahisə düşüb. Zərərçəkən də Rəhmana müraciət edib. O da həmin adamdan pulu tələb edib. Abdullayevi müdafiə etmək fikrindən uzağam. Amma maşın söhbəti inandırıcı deyil”, - deyə mənbə bildirib.

Başqa bir mənbənin bildirdiyinə görə isə Rəhman Abdullayev barəsində həbs qərarını Rusiya DİN Çelyabnisk vilayəti baş idarəsinin cinayət axtarış şöbəsinin rəisi Rinat Kamaləddinov verib.

"Bu Rinatın öz təşəbbüsü olub. Neçə vaxtdı işində yol verdiyi nöqsanlara görə vəzifəsindən gedəcəyi və ya başqa kiçik vəzifəyə keçiriləcəyi ilə bağlı söhbətlər gəzir. Bu cür kriminal avtoritetin həbsiylə isə xilas olacağını düşünür. Amma yanılır”,- deyə mənbə bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR