SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İnam Kərimov korrupsiyanın başında duran şəxsi niyə hələ də vəzifədə saxlayır?!

23-05-2018, 12:51 | Oxunub: 10 957 |

İnam Kərimov korrupsiyanın başında duran şəxsi niyə hələ də vəzifədə saxlayır?!
İnam Kərimovun hələ də Kənd Təsərrüfatı Nazirliyində korrupsiyanın başında duran şəxsi vəzifədə saxlaması bir çoxları üçün qaranlıqdır.

Uzun illər boyu Kənd Təsərrüfatı Nazirliyində korrupsiyaya bir başa rəhbərlik edən şəxs Nazirliyin Aparat rəhbəri İlham Bayramov rəhbərlik edib.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, kənd təssərrütatının inkişafına ayrılan külli miqdarda dövlət vəsaitinin yönləndirilərək mənimsənilməsinə rəhbərlik edən, həmçinin əkinə yararsız sahələrin əkinə yararlı kimi göstərilərək ayrılan subsidiyaların mərkəzləşdirilmiş şəkildə mənimsənilməsinə yol verən şəxs İlham Bayramov olub.

Məlumatda bildirilir ki, son 10 ildə Kənd Təsərrüfatı Nazirliyində mənimsənilən vəsaitlər o qədər böyük olub ki, bütün bunların araşdırılması çox böyük qalmaqalla müşahidə oluna bilər. Bütün bu prossesləri, yəni kənd təsərrüfatı nazirliyindəki böyük korrupsiyanı idarə edən şəxs olaraq ölkənin aqrar sektorunu iflic halına salınmasında keçmiş nazirlərin müstəsna rolları olduğu ki, Nazirliyin Aparat rəhbəri İlham Bayramovun da xüsusi rolu danılmazdır.

Qeyd edək ki, uzun illər boyu ölkə prezidenti İlham Əliyev qeyri neft sektorunun inkişafı çərçivəsində kənd təsərrüfatına xüsusi önəm verir. Lakin buna baxmayaraq kənd təsərrüfatı sahəsi iflic vəziyytədədir. Hazırda bu sahənin inkişafını təmin etmək üçün kompleks tədbirlər həyata keçirilməli, külli miqdarda vəsait kənd təsərrüfatına sərmayə olaraq qoyulmalıdır. Halbuki bu günə qədər kənd təsərrüfatına dövlət tərəfindən lazım olduğundan artıq sərmayə qoyulub. Lakin bu sərmayə özünü doğrultmayıb, daha doğrusu ayrılan vəsaitlər bir qrup vəzifəli şəxs tərəfindən mənimsənilib. Hazırda kənd təsərrüfatı ölkənin ən problemli sahəsi hesab olunur. Yəni faktiki olaraq korrupsiya ölkənin kənd təsərrüfatını iflic etdiyi kimi, dövlətə də külli miqdarda, milyardlarla manat ziyan vurulub.

Məlumatda bildirilir ki, kənd təsərrüfatındakı vəziyyəti analiz etmək üçün ölkəmizə dəvət olunan İsrailli mütəxəssislərin gəldiyi yekun nəticə ondan ibarətdir ki. hazırda düzgün idarəciliyin olmaması ucbatından və sahəyə sərmayələrin qoyulmaması ucbatından Azərbaycanın kənd təsərrüfatı sistemi demək olar ki, iflas edib və əkinə yararlı torpaqların əksəriyyəti şoranlaşıb. İsrailli mütəxəssislər hesab ediblər ki, bu durumda kənd təsərrüfatı sahəsinə çox böyük miqdarda sərmayələrin yatırılması lazımdır. Lakin problem ondan ibarətdir ki, kənd təsərrüfatına ayrılacaq sərmayələr yenidən mənimsənilməyəcəkmi?

Yeni nazir İnam Kərimovun sələfi Heydər Əsədovdan aldığı miras doğurdan da problemlərdən ibarətdir və Azərbaycanda yegənə korrupsuyasız qurum olaraq tanınan ASAN Xidmətin rəhbərinin Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirilməsi ondan xəbər verir ki, prezident bu sahədə korrupsiyaya son verməkdə qərarlıdır. Lakin İman Kərimovun hələ də Kənd Təsərrüfatı Nazirliyində korrupsiyanın başında duran şəxsi vəzifədə saxlaması bir çoxları üçün qaranlıqdır. Onu da qeyd edək ki, İlham Bayramov Nazirlikdə bir çox kadr və mütəxəssislərin xaç atası da hesab olunur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR