SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Məktəblini qamışlığa və tualetə saldı, zorladı, videoya çəkdi - Cəlilabadda

23-05-2018, 11:46 | Oxunub: 10 140 |

Məktəblini qamışlığa və tualetə saldı, zorladı, videoya çəkdi - Cəlilabadda
Cəlilabad rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Ayxan Məmmədovun (cinayət işində adı keçən təqsirləndirilən və zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Emtv.az lent.az-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Komanlı kəndində anadan olan Ayxan Məmmədov əvvəllər tanıdığı həmkəndlisi Sahib Babayevin (ad və soyad şərti verilib – red.) zorakılığı, şantajı ilə üzləşib.


Cinsi əlaqədə olmaq təklifi

Sahib Babayev təqsirləndirilən Ayxan Məmmədovun yaşadığı evin yaxınlığına gəlib və onu sonuncunun evlərinin arxasında olan "Emil” şadlıq sarayının həyətinə gətirib.

Sahib Babayev Ayxan Məmmədovu şadlıq evinin həyətində yerləşən ayaqyoluna aparıb. Orada Sahib Babayev onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq təklifi edib. Amma Ayxan Məmmədov onun təklifi ilə razılaşmayıb.

Zorakılıq

Bu zaman Sahib Babayev Ayxan Məmmədova zorakılıq hərəkətləri edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Daha sonra Sahib Babayev Ayxan Məmmədovla intim münasibətdə olmasını mobil telefonu ilə videoya çəkib. Ayxan Məmmədovu videoya çəkən Sahib Babayev onu şantaj etməyə başlayıb.

Video çəkiliş şantajı

Sahib Babayev Ayxan Məmmədovun barəsində həmin rüsvayedici məlumatı yayacağı ilə hədələyib, ondan 20 manat məbləğində pul verməsini tələb edib.

Daha sonra Sahib Babayev Ayxan Məmmədovla telefon əlaqəsi saxlayıb, eyni hədə ilə yenidən görüşməyi israrla istəyib.

Qisas

Bu zəmində aralarında yaranmış münasibətlərə son qoymaq üçün Ayxan Məmmədov Sahib Babayevlə görüşmək barədə təklifini qəbul edib.

Ayxan Məmmədov 27 fevral 2017-ci il tarixdə, saat 21-də yaşadığı evdən mətbəx bıçağını özü ilə götürüb və Sahib Babayevlə görüşmək üçün onu axtarmağa çıxıb.

Qamışlıqda intim münasibət təklifi

Bir qədər sonra Ayxan Məmmədov rayonun Komanlı kənd məscidinin yaxınlığında Sahib Babayevlə qarşılaşıb. Orada bir az söhbət etdikləri zaman Sahib Babayev ona yaşadığı evin yaxınlığında qamışlıq sahə olduğunu, orada rahat intim əlaqədə olmağı deyib.

Qanlı cinayət

Bu məqsədlə onlar birlikdə Sahib Babayevin yaşadığı evin yerləşdiyi küçəyə gəliblər. Orada Ayxan Məmmədov qisas almaq niyyəti ilə Sahib Babayevi öldürmək qərarına gəlib. Bu məqsədlə özü ilə gətirdiyi bıçaqla Ayxan Məmmədova bir neçə zərbə vurub.

Sahib Babayevə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Bu səbəbdən Ayxan Məmmədov iradəsindən asılı olmayan səbəblərə görə Sahib Babayevi öldürə bilməyib.

Cəza gününə qədər hesablandı

İstintaq orqanı tərəfindən Ayxan Məmmədova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmənin hökmü ilə Ayxan Məmmədov 5 il 7 ay 12 gün müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazılıq

Hökmdən narazı qalan Ayxan Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Hadisə baş verən vaxtı orta məktəbin 11-ci sinif şagirdi olan Ayxan Məmmədov barəsində olan hökmün ləğv edilməsini, barəsində şərti cəza verilməsini, həbsdən azad edilməsini xahiş edib.


Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.


Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR