21 may 15:18Oxunub: 393 |

ABŞ dövlət katibi İrana qarşı sanksiyaların yumşaldılması üçün şərtləri açıqlayıb

ABŞ dövlət katibi İrana qarşı sanksiyaların yumşaldılması üçün şərtləri açıqlayıb
"ABŞ İranın siyasətində real dəyişiklik olmayacağı təqdirdə, sanksiyaları aradan qaldırmayacaq".

"RİA Novosti"-nin verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Vaşinqtonda "Heritage Foundation"da çıxışı zamanı İrana qarşı sanksiyaların yumşaldılması üçün 12 şərti açıqlayarkən deyib.

"Tehranın siyasətində daimi və real dəyişiklik olacağı təqdirdə, biz tətbiq etdiyimiz məhdudiyyətləri yumşaldacağıq", - M.Pompeo bildirib.

Onun sözlərinə görə, hazırda tətbiq edilən sanksiya İrana xaricdəki müttəfiqlərini maliyyələşdirmək imkanı verməyəcək: "İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir".

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə