18 may 14:24Oxunub: 712 |

Fazil Məmmədovun daha bir icra başçısı işdən çıxarılır

Fazil Məmmədovun daha bir icra başçısı işdən çıxarılır
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, 17 may tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovu tutduğu vəzifədən azad etdi.

Qeyd edək ki, Xaləddin İsgəndərovun vəzifəsindən azad ediləcəyi artıq dəqiqləşmişdi və onun özü də yola salınacağı günü gözləyirdi. Sabiq vergilər naziri Fazil Məmmədovun əsas adamlarından biri olduğu heç kəsə sirr olmayan Xaləddin İsgəndərovla yanaşı Fazil Məmmdovun digər bir kadrı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da sərəncamının veriləcəyi günü gözləyir.


Şəmkir rayon İcra Hakimiyyətindəki məlumatlı mənbə xəbər verir ki, Fazil Məmmədovun vəzifədə olduğu müddətdə özünü "Polad Ələmdar” kimi aparan icra başçısı,ini İH-nə belə könülsüz gəlib-gedir. Mənbə bildirir ki, icra başçısı özünə yaxın olan vəzifəli şəxslərə özlərinə iş tapmağı da bildirib və bu günə kimi Şəmkirdə ona güvənərək etdikləri qanunsuz əməlləri azaltmalarını istəyib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1392
XƏBƏR LENTİ

Reklam
Məzənnə