18 may 13:52Oxunub: 335 |

Pişiklərimizi satmaq məqsədilə oğurlamağa çalışan İran vətəndaşı saxlanılıb

Pişiklərimizi satmaq məqsədilə oğurlamağa çalışan İran vətəndaşı saxlanılıb
Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb. Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, mayın 17-də dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Belə ki, Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azər­bay­can Respublikasından İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanıl­ıb. Sərhəd pozucusunun tutulduğu əraziyə ba­xış keçirilərkən 1 qu­tuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olun­­ub.

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Mima Fərhad Kakavənd olması, pişik bala­larını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəy­yən edilib.


Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1247
XƏBƏR LENTİ

Reklam
Məzənnə